"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
KOBUDLUQ
[ Hədis elmi / 5203 dəfə baxılıb ]
|
عن عائشة تقول كنت على بعير فيه صعوبة فجعلت أضربه فقال النبي صلى الله عليه وسلم عليك بالرفق فإن الرفق لا يكون في شيء إلا زانه ولا ينزع من شيء إلا شانه
475.Aişə (r.a) deyir ki, mən bir dəvənin üstündə idim. Bu dəvə tərslik edirdi (deyə mən vurdum). Peyğəmbər (s.a.s) dedi: “Yumşaq davran! Əlbəttə, yumşaqlıq (hansı) bir şeydə olsa, onu gözəlləşdirər. Və nədən getsə, onu alçaldar”. [ Səhihdir ]
عن أبى نضرة قال رجل منا يقال له جابر أو جويبر طلبت حاجة إلى عمر في خلافته فانتهيت إلى المدينة ليلا فغدوت عليه وقد أعطيت فطنة ولسانا أو قال منطقا فأخذت في الدنيا فصغرتها فتركتها لا تسوى شيئا وإلى جنبه رجل أبيض الشعر أبيض الثياب فقال لما فرغت كل قولك كان مقاربا إلا وقوعك في الدنيا وهل تدرى ما الدنيا إن الدنيا فيها بلاغنا أو قال زادنا إلى الآخرة وفيها أعمالنا التي نجزى بها في الآخرة قال فأخذ في الدنيا رجل هو أعلم بها منى فقلت يا أمير المؤمنين من هذا الرجل الذي إلى جنبك قال سيد المسلمين أبى بن كعب
476. Əbu Nədra rəvayət edir ki, Cabir, yaxud Cuveybir adlı bir kişi dedi: “Ömərin (r.a) xilafəti zamanı mən ondan bir şey xahiş etmək istədim. Odur ki, gecə ikən Mədinəyə gəldim. Səhər onun yanına getdim. Doğrudan da mənə yaxşı başa düşmək və gözəl dil – danışıq – qabiliyyəti verilmişdi. Mən dünya haqqında danışmağa başlayıb onu kiçiltdim. Onun heç bir şeyə bərabər olmadığını söylədim. Ömərin (r.a) yanında ağ saçlı, ağ paltarlı bir kişi var idi. Mən sözümü qurtardıqdan sonra kişi dedi: “Bütün bu dediklərin düz gəlir. Yalnız dünya barədə dediklərin müstəsnadır. Heç bilirsənmi dünya nədir? Dünya elə bir şeydir ki, orada bizim Axirətə hazırladığımız tədarükümüz, yaxud azuqəmiz vardır. Orada Axirətdə əvəzini görəcəyimiz əməllərimiz də vardır”. (Cabir) dedi: “Dünya barədə məndən daha savadlı olan adam danışmağa başladı. Mən dedim: “Ey möminlərin əmiri! Bu, yanındakı adam kimdir?” O dedi: “Müsəlmanları hörmətlisi, Ubey ibn Kə'bdir”. [ İsnadı zəifdir ] عن البراء بن عازب قال قال رسول الله صلى الله عليه وسلم الأشرة شر
477. Bəra ibn Azib (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Dikbaşlıq şərdir”. [ Həsəndir ]