"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
DOLANIŞIQDA YUMŞAQ OLMAQ
[ Hədis elmi / 4830 dəfə baxılıb ]
|
حدثنا سعيد بن كثير بن عبيد قال حدثني أبي قال دخلت على عائشة أم المؤمنين رضي الله عنها فقالت أمسك حتى أخيط نقبتى فأمسكت فقلت يا أم المؤمنين لو خرجت فأخبرتهم لعدوه منك بخلا قالت أبصر شانك انه لا جديد لمن لا يلبس الخلق
471.Kəsir ibn Ubeyd rəvayət edir ki, mən möminlərin anası Aişənin (r.a) yanına gəldim. O dedi: “Mən donumu tikənə qədər gözlə!” Mən gözlədim. Sonra dedim: “Ey möminlərin anası! Əgər bayıra çıxıb camaata (sənin köhnə paltarı yamadığını) desəm, onlar səni simic hesab edərlər”. O dedi: “Vəziyyəti başa düş! Həqiqətən, köhnəni geyinməyənin təzəsi olmaz”. [ İsnadı həsəndir ]