"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
EV TİKƏN ADAM
[ Hədis elmi / 4532 dəfə baxılıb ]
|
عن حبة بن خالد وسواء بن خالد أنهما أتيا النبي صلى الله عليه وسلم وهو يعالج حائطا أو بناء له فأعاناه
453.Həbbə ibn Xalid (r.a) və Səva ibn Xalid (r.a) Peyğəmbər (s.a.s) divarı düzəldərkən və yaxud öz evini tikərkən onun yanına gəlib ona yardım etdilər. [ Zəifdir ] عن قيس بن أبى حازم قال دخلنا على خباب نعوده وقد اكتوى سبع كيات فقال إن أصحابنا الذين سلفوا مضوا ولم تنقصهم الدنيا وإنا أصبنا ما لا نجد له موضعا إلا التراب ولولا أن النبي صلى الله عليه وسلم نهانا أن ندعو بالموت لدعوت به
454.Qeys ibn Əbu Hazim deyir ki, biz Xəbbaba (r.a) baş çəkmək üçün onun yanına gəldik. O, artıq yeddi dəfə öz bədəninə dağ basmışdı. O dedi: “Öncəki dostlarımız artıq keçib-getmişlər. Dünya onların Axirət mükafatlarından heç nəyi əskiltməmişdir. Biz isə əlimizdə olan imkanları torpağa xərcləməkdən başqa bir şey bilmirik. Və əgər Peyğəmbər (s.a.s) bizə ölüm diləməyi qadağan etməsəydi, özümə ölüm arzulayardım”. [ Səhihdir ]
ثم أتيناه مرة أخرى وهو يبنى حائطا له فقال إن المسلم يؤجر في كل شيء ينفقه إلا في شيء يجعله في التراب
455. Xəbbab evinin divarını tikərkən (r.a) onun yanında gəldik. O dedi: “Həqiqətən də müsəlman torpağa qoyduğundan başqa (yerdə qalan) hər bir şeydə savab qazanır”. [ Səhihdir ] عن عبد الله بن عمرو قال مر النبي صلى الله عليه وسلم وأنا أصلح خصا لنا فقال ما هذا قلت أصلح خصنا يا رسول الله فقال الأمر أسرع من ذلك
456.Abdullah ibn Amr (r.a) rəvayət edir ki, mən komamızı düzəldərkən Peyğəmbər (s.a.s) mənim yanımdan keçib dedi: “Bu nədir?” Mən dedim: “Komamızı düzəldirəm, ya Rəsulallah!” O dedi: “Əcəlin gəlişi bunun yıxılmasından daha tezdir!” [ Səhihdir ]