"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
İSRAFÇILAR
[ Hədis elmi / 4566 dəfə baxılıb ]
|
عن أبى العبيدين قال سألت عبد الله عن المبذرين قال الذين ينفقون في غير حق
444.Əbul-Ubeydeyn deyir ki, mən Abdullahdan (r.a) israfçılar barədə soruşdum. O dedi: “(Bunlar) varını boş yerə xərcləyənlərdir”. [ İsnadı səhihdir ]
عن ابن عباس المبذرين قال المبذرين في غير حق
445.İbn Abbas (r.a) (əl-İsra surəsinin 27-ci) ayəsindəki: “Bədxərc adamlar” sözünü, “malını boş yerə xərcləyənlərdir”- deyə izah etmişdir”. [ İsnadı həsəndir ]