"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
Söyüşən iki nəfər, bir-birini təqsirləndirən və bir-birinə yalan söyləyən iki şeytandır
[ Hədis elmi / 4253 dəfə baxılıb ]
|
عن عياض بن حمار قال قلت يا رسول الله الرجل يسبنى قال النبي صلى الله عليه وسلم المستبان شيطانان يتهاتران ويتكاذبان
427.İyad ibn Himar (r.a) rəvayət edir ki, mən (Peyğəmbərə (s.a.s)) dedim: “Ey Allahın elçisi! Bir kişi məni söydü”. Peyğəmbər (s.a.s) dedi: “Söyüşən iki nəfər, bir-birini təqsirləndirən və bir-birinə yalan söyləyən iki şeytandır”. [ Səhihdir ] عن عياض بن حمار قال قال رسول الله صلى الله عليه وسلم إن الله أوحى إلى أن تواضعوا حتى لا يبغى أحد على أحد ولا يفخر أحد على أحد فقلت يا رسول الله أرأيت لو أن رجلا سبنى في ملإ هم أنقص منى فرددت عليه هل على في ذلك جناح قال المستبان شيطانان يتهاتران ويتكاذبان
428. İyad ibn Himar (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Allah mənə vəhy etdi ki, bir-birinizə qarşı təvazökar olun, bir-birinizə təcavüz etməyin və bir-birinizin yanında lovğalanmayın”. Mən dedim: “Ey Allahın elçisi! De görüm, əgər bir nəfər məni məndən də çox nöqsanı olan bir toplum içində söysə, mən də ona cavab qaytarsam, buna görə günah qazanarammı?” Peyğəmbər (s.a.s) dedi: “Söyüşən iki nəfər, bir-birini təqsirləndirən və bir-birinə yalan söyləyən iki şeytandır”. [ Səhihdir ]