"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
Bir kimsənin qardaşı onu dindirməsə də ona yol göstərməsi
[ Hədis elmi / 4079 dəfə baxılıb ]
|
كان وهب أدرك عبد الله بن عمر أن ابن عمر رأى راعيا وغنما في مكان قبيح ورأى مكانا أمثل منه فقال له ويحك يا راعى حولها فإني سمعت رسول الله صلى الله عليه وسلم يقول كل راع مسئول عن رعيته
416. Vəhb rəvayət edir ki, ibn Ömər (r.a) suyu az olan bir yerdə çobanla bir neçə qoyun gördü. (İbn Ömər (r.a) nəzər saldıqda) bundan da yaxşı (suyu bol olan bir) yer görüb dedi: “Vay sənin halına, ey çoban! Qoyunları o tərəfə döndər. Mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitmişəm: “Hər biriniz himayəçiniz və himayənizdə olanlara cavabdehsiniz”. [ Səhihdir ]