"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
Salam vermək əlaqələri kəsməyin qarşısını alır
[ Hədis elmi / 4586 dəfə baxılıb ]
|
عن أبي هريرة قال سمعت النبي صلى الله عليه وسلم يقول لا يحل لرجل أن يهجر مؤمنا فوق ثلاثة أيام فإذا مرت به ثلاثة أيام فليلقه فليسلم عليه فان رد عليه السلام فقد اشتركا في الأجر وان لم يرد عليه فقد بريء المسلم من الهجرة
414.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Heç bir möminə üç gündən artıq mömin qardaşı ilə küsülü qalması halal olmaz. Üç gün keçibdirsə, qoy onunla görüşüb ona salam versin. Əgər (mömin qardaşı) onun salamını alsa, hər ikisi savaba şərik olar. Yox əgər salamı almazsa, salam verən müsəlman küsülü qalmaqdan uzaq olar (buna görə ona günah yazılmaz)”. [ Zəifdir ]