"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
QƏFƏSDƏ QUŞ SAXLAMAQ
[ Hədis elmi / 5403 dəfə baxılıb ]
|
عن هشام بن عروة قال كان بن الزبير بمكة وأصحاب النبي صلى الله عليه وسلم يحملون الطير في الأقفاص
383. Hişam ibn Urva deyir ki: “İbn Zubeyr Məkkədə ikən Peyğəmbərin (s.a.s) səhabələri qəfəslərdə quş daşıyardılar”. [ İsnadı zəifdir ] عن أنس قال دخل النبي صلى الله عليه وسلم فرأى ابنا لأبى طلحة يقال له أبو عمير وكان له نغير يلعب به فقال يا أبا عمير ما فعل أو أين النغير
384. Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) içəri daxil olub Əbu Təlhənin (r.a) oğlu Əbu Umeyri (r.a) gördü. (Daha əvvəl bu) uşağın quşcuğazı var idi. Peyğəmbər (s.a.s) (ona) dedi: “Ey Əbu Umeyr! Quşcuğaza nə oldu, yaxud quşcuğaz haradadır?” [ Səhihdir ]