"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
UŞAĞIN BAŞINI SIĞALLAMAQ
[ Hədis elmi / 4429 dəfə baxılıb ]
|
حدثني يوسف بن عبد الله بن سلام قال سماني رسول الله صلى الله عليه وسلم يوسف وأقعدنى على حجره ومسح على رأسي
367.Yusuf ibn Abdullah ibn Səlam (r.a) deyir ki: “Peyğəmbər (s.a.s) mənə Yusuf adını verdi, məni dizinin üstünə oturtdu və mənim başımı sığalladı”. [ İsnadı səhihdir ]
عن عائشة قالت كنت ألعب بالبنات عند النبي صلى الله عليه وسلم وكان لي صواحب يلعبن معي فكان رسول الله صلى الله عليه وسلم إذا دخل ينقمعن منه فيسر بهن إلى فيلعبن معي
368. Aişə (r.a) deyir ki, mən Peyğəmbərin (s.a.s) yanında gəlinciklərlə oynayardım. Mənimlə oynayan rəfiqələrim də var idi. Peyğəmbər (s.a.s) içəri daxil olduğu zaman rəfiqələrim ondan utanaraq çölə çıxardılar. Peyğəmbər (s.a.s) isə onları mənim yanıma göndərər və onlar mənimlə oynayardılar”. [ Səhihdir ]