"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
SÖZGƏZDİRƏN
[ Hədis elmi / 4502 dəfə baxılıb ]
|
عن همام كنا مع حذيفة فقيل له إن رجلا يرفع الحديث إلى عثمان فقال حذيفة سمعت النبي صلى الله عليه وسلم يقول لا يدخل الجنة قتات
Həmmam deyir ki, biz Huzeyfə (r.a) ilə bir yerdə idik. Ona dedilər ki: “Bir kişi xəbərləri Osmana çatdırır”. Huzeyfə dedi: “Mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: “Sözgəzdirən Cənnətə girməz!” [ Səhihdir ]
عن أسماء بنت يزيد قالت قال النبي صلى الله عليه وسلم ألا أخبركم بخياركم قالوا بلى قال الذين إذا رءوا ذكر الله أفلا أخبركم بشراركم قالوا بلى قال المشاءون بالنميمة المفسدون بين الأحبة الباغون البرآء العنت
Əsma bint Yezid (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Sizə ən xeyirliniz barədə xəbər verimmi?” (Səhabələr): “Bəli!”- deyə cavab verdilər. O dedi: “O kəslər ki, onları görəndə Allah yada düşər! Sizə ən pisiniz barədə xəbər verimmi?” Onlar: “Bəli!”- deyə cavab verdilər. O dedi: “Söz gəzdirənlər, dostların arasını vuranlar, bir-birilərindən ayrı olmaqla fəsad törətmək istəyənlərdir”. [ Həsəndir ]