"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
Köləsinə lənət oxuyan onu azad etməlidir
[ Hədis elmi / 4330 dəfə baxılıb ]
|
عن عائشة أن أبا بكر لعن بعض رقيقه فقال النبي صلى الله عليه وسلم يا أبا بكر اللعانون والصديقون كلا ورب الكعبة مرتين أو ثلاثا فأعتق أبو بكر يومئذ بعض رقيقه ثم جاء النبي صلى الله عليه وسلم فقال لا أعود
Aişə (r.a) rəvayət edir ki, Əbu Bəkr (r.a) öz kölələrindən bəzilərini lənətlədi. Peyğəmbər (s.a.s) iki, yaxud üç dəfə dedi: “Ey Əbu Bəkr! Həm lənət edənlər, həm də doğru danışanlar?! Xeyr! Kə'bənin Rəbbinə and olsun (ki, belə yaramaz)”. Həmin gün Əbu Bəkr (r.a) öz kölələrindən bəzilərini azad etdi. Sonra da Peyğəmbərin (s.a.s) yanına gəlib dedi: “Bir də belə etməyəcəyəm”. [ Səhihdir ]