"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
LƏNƏT YAĞDIRAN
[ Hədis elmi / 4335 dəfə baxılıb ]
|
عن أبى الدرداء قال قال النبي صلى الله عليه وسلم إن اللعانين لا يكونون يوم القيامة شهداء ولا شفعاء
Əbu Dərda (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Lənət yağdıranlar Qiyamət günü nə şahid, nə də şəfaətçi olarlar”. [ Səhihdir ]
عن أبى هريرة قال قال النبي صلى الله عليه وسلم لا ينبغي للصديق أن يكون لعانا
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Doğru danışan adama kimisə lənətləmək yaraşmaz”. [ Səhihdir ]
عن حذيفة قال ما تلاعن قوم قط إلا حق عليهم اللعنة
Huzeyfə (r.a) dedi: “Bir-birini lənətləyən elə bir qövm yox¬dur ki, onların hamısına lənət olmasın”. [ İsnadı səhihdir ]