"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
İNSANLARI ƏFV ETMƏK VƏ QINAMAMAQ
[ Hədis elmi / 4398 dəfə baxılıb ]
|
عن أنس أن يهودية أتت النبي صلى الله عليه وسلم بشاة مسمومة فأكل منها فجىء بها فقيل ألا نقتلها قال لا قال فما زلت أعرفها في لهوات رسول الله صلى الله عليه وسلم
Ənəs (r.a) rəvayət edir ki, bir yəhudi qadın Peyğəmbərə (s.a.s) qoç ətindən hazırlanmış, içinə də zəhər qatılmış yemək gətirdi. Peyğəmbər (s.a.s) ondan yedi. Sonra həmin qadın tutulub gətirildi və: “Onu öldürəkmi?”- deyə Peyğəmbərdən (s.a.s) soruşuldu. O: “Xeyr!”- deyə cavab verdi. Mən (həmin) yeməyin Peyğəmbərə (s.a.s) təsir göstərdiyini görürdüm. [ Səhihdir ]
Abdullah ibn əz-Zubeyr (r.a) minbərdə ikən:
“Sən bağışlama (yolunu) tut, yaxşılığı əmr et və cahillərdən üz döndər.” ayəsini (əl-Ə'raf, 199.) oxuyub dedi:
والله ما أمر بها أن تأخذ إلا من أخلاق الناس والله لآخذنها منهم ما صحبتهم
“Allaha and olsun ki, O, bununla ancaq insanlardan ədəb-əxlaq götürməyi buyurur. Allaha and olsun ki, mən onlardan sizin gördüklərinizi götürəcəyəm”. [ İsnadı səhihdir ]
عن بن عباس قال قال رسول الله صلى الله عليه وسلم علموا ويسروا ولا تعسروا وإذا غضب أحدكم فليسكت
İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “(İnsanları) öyrədin! Asanlaşdırın, çətinləşdirməyin! Qoy sizlərdən biri qəzəblənərkən sussun”. [ Səhih li-ğeyrihi ]