"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
XOŞ SÖZ
[ Hədis elmi / 4925 dəfə baxılıb ]
|
عن عبد الله بن يزيد الخطمي قال قال رسول الله صلى الله عليه وسلم كل معروف صدقة
Abdullah ibn Yezid əl-Xətmi (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Hər xoş söz sədəqədir”. [ Səhihdir ]
عن أنس قال كان النبي صلى الله عليه وسلم إذا أتى بالشىء يقول اذهبوا به إلى فلانة فإنها كانت صديقة خديجة اذهبوا به إلى بيت فلانة فإنها كانت تحب خديجة
Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbərə (s.a.s) bir şey gətirildikdə deyərdi: “Aparın bunu filan qadının evinə! Çünki o, Xədicənin rəfiqəsi olub. Aparın bunu filan qadına! Çünki o, Xədicəni çox sevərdi”. [ Həsəndir ]
عن حذيفة قال قال نبيكم صلى الله عليه وسلم كل معروف صدقة
Huzeyfə (r.a) dedi: “Peyğəmbəriniz (s.a.s) demişdir: “Hər yaxşı söz sədəqədir”. [ Səhihdir ]