"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
Özünüz nə geyirsinizsə, Kölə və kənizlərə də ondan geyindirin
[ Hədis elmi / 4309 dəfə baxılıb ]
|
Ubadə ibnul-Vəlid deyir ki, mən atamla birgə elm almaq üçün ənsarın qaldığı yerə gəldik. İlk rastlaşdığımız kəs Peyğəmbərin (s.a.s) səhabəsi Əbul Yəsar (r.a) oldu. Köləsi də onun yanında idi. Əbul Yəsarın (r.a) da, onun köləsinin də əynində bir əba və bir məafir libası var idi. Mən ona dedim: “Əmi! Bəlkə kölənin əbasını götürəsən və məafir libasını ona verəsən, yaxud kölənin məafir libasını götürəsən və əbanı ona verəsən, beləliklə də ya sənin əynində, ya da onun əynində bir geyim olsun”. O mənim başımı sığallayıb dedi: “Allahım, ona bərəkət ver! Qardaş oğlu! Peyğəmbərin (s.a.s) : “Yediyinizdən onlara da yedirdin, geydiyinizdən onlara da geyindirin!”- dediyini bu gözlərim gördü, bu qulaqlarım eşitdi, – və qəlbinə işarə edərək –, bu qəlbim dərk etdi”. Odur ki, mənim üçün dünya malından ona ver¬məyim Qiyamət günü savabımdan nəyi isə götürməyindən daha asandır. [ Səhihdir ]
Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) kölələrlə yaxşı rəftar etməyi tövsiyə edib buyurardı: “Yediyinizdən onlara yedirdin, geyindiyinizdən onlara geyindirin, qüdrətli və əzəmətli Allahın yaratdıqlarına əzab verməyin!” [ Səhihdir ]