"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
VURDUQDA ÜZƏ VURMAQDAN ÇƏKİNMƏK
[ Hədis elmi / 4296 dəfə baxılıb ]
|
عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال إذا ضرب أحدكم خادمه فليجتنب الوجه
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Sizlərdən biri öz xidmətçisini vurduqda qoy üzünə vurmasın!” [ Səhihdir ]
عن جابر قال مر النبي صلى الله عليه وسلم بدابة قد وسم يدخن منخراه قال النبي صلى الله عليه وسلم لعن الله من فعل هذا لا يسمن أحد الوجه ولا يضربنه
Cabir (r.a) rəvayət edir ki, (üzünə) isti dəmirlə damğa vurulmuş bir heyvan Peyğəmbərin (s.a.s) önündən gəlib keçdikdə o dedi: “Bunu edənə Allah lənət eləsin! Heç kəs üzü damğalamasın və ona vurmasın”. [ Səhihdir ]