Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar.
[Buxari, İman kitabi/ 80]
Elm mahiyyət etibarı ilə həqiqət axtarışıdır.
[Fransua de Laroşfuko]
BƏDƏVİ XADİMƏLƏRİ SATMAQ
[ Azerislam.com / 4643 dəfə baxılıb ]
|
عن عمرة أن عائشة رضي الله عنها دبرت أمة لها فاشتكت عائشة فسأل بنو أخيها طبيبا من الزط فقال إنكم تخبروني عن امرأة مسحورة سحرتها أمة لها فأخبرت عائشة قالت سحرتيني فقالت نعم فقالت ولم؟ لا تنجين أبدا ثم قالت بيعوها من شر العرب ملكة"
162. Amra rəvayət edir ki, Aişənin (r.a) kənizi ona cadu etdi və Aişə (r.a) xəstələndi. Aişə (r.a) qardaşı oğullarından xahiş elədi ki, ona Zut qəbiləsindən həkim çağırsınlar. (Həkim onlara) dedi: “Siz mənə öz kənizi tərəfindən caduya salınmış qadın haqqında xəbər verirsiniz”. Onlar bunu Aişəyə (r.a) bildirdikdə (kənizə) dedi: “Sən mənə cadu eləmisən?” O: “Bəli!”- deyə cavab verdi. Aişə (r.a) dedi: “Nə üçün? Axı sən heç vaxt nicat tapmayacaqsan.” Sonra da (xidmətçilərinə) “Onu bədəvilərin şərindən uzaq olmaq üçün kölə kimi satın”- dedi. [ İsnadı səhihdir ]