"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
YƏHUDİ QONŞU
[ Azerislam.com / 4796 dəfə baxılıb ]
|
عن عبد الله بن عمرو وغلامه يسلخ شاة فقال يا غلام إذا فرغت فابدأ بجارنا اليهودي فقال رجل من القوم اليهودي أصلحك الله قال إني سمعت النبي صلى الله عليه وسلم يوصى بالجار حتى خشينا أو رؤينا أنه سيورثه"
128. Abdullah ibn Amrın (r.a) xidmətçisi qoçun dərisini soyurdu. Abdullah dedi: “Ay uşaq! Soyub qurtardıqdan sonra (ətdən) birinci qonşumuz yəhudiyə verərsən?” Camaatın içindən bir kişi dedi: “Yəhudiyə? Allah səni islah etsin!” (Abdullah) dedi: “Mən Peyğəmbər (s.a.s) qonşu haqqında bizə o qədər tövsiyə etdi ki, nəhayət qorxduq – ya da zənn etdik ki, ona mirasdan pay düşəcək”. [ Səhihdir ]