"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
QONŞUNUN HAQQI
[ Azerislam.com / 4433 dəfə baxılıb ]
|
عن المقداد بن الأسود يقول سأل رسول الله صلى الله عليه وسلم أصحابه عن الزنا قالوا حرام حرمه الله ورسوله فقال لأن يزنى الرجل بعشر نسوة أيسر عليه من أن يزنى بامرأة جاره وسألهم عن السرقة قالوا حرام حرمها الله عز وجل ورسوله فقال لأن يسرق من عشرة أهل أبيات أيسر عليه من أن يسرق من بيت جاره
103. Miqdad ibnul Əsvəd rəvayət edir ki, Peyğəmbər (s.a.s) səhabələrdən zina barədə soruşdu. Onlar dedilər: “Haramdır! Bunu Allah və Onun elçisi haram buyurmuşdur”. O dedi: «Kişinin on qadınla zina etməsi (günah baxımından) onun üçün qonşusunun qadını ilə zina etməsindən daha yüngüldür. Peyğəmbər (s.a.s) onlardan oğurluq barədə soruşdu. Onlar dedilər: “Haramdır! Bunu Allah və Onun elçisi haram buyurmuşdur”. O dedi: «Kişinin on evdən oğurluq etməsi (günah baxımından) onun üçün qonşusunun evindən oğurluq etməsindən daha yüngüldür”. [ Səhihdir ]