"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
KÖRPƏLƏRİ ÖPMƏK
[ Azerislam.com / 5250 dəfə baxılıb ]
|
عن عائشة رضي الله عنها قالت جاء أعرابى إلى النبي صلى الله عليه وسلم فقال أتقبلون صبيانكم فما نقبلهم فقال النبي صلى الله عليه وسلم أو أملك لك أن نزع الله من قلبك الرحمة"
90. Aişə (r.a) rəvayət edir ki, bir bədəvi ərəb Peyğəmbərin (s.a.s) yanına gəlib dedi: “Siz uşaqlarınızı öpürsünüz?! Biz onları öpmürük!” Peyğəmbər (s.a.s) dedi: “Əgər Allah sənin qəlbindən mərhəmət hissini götürübsə, ona mən nə edim?!” [ Səhihdir ] عن أبي هريرة قال قبل رسول الله صلى الله عليه وسلم حسن بن على وعنده الأقرع بن حابس التميمي جالس فقال الأقرع إن لي عشرة من الولد ما قبلت منهم أحدا فنظر إليه رسول الله صلى الله عليه وسلم قال من لا يرحم لا يرحم"
91. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) Həsən ibn Əlini (r.a) öpdü. Bu vaxt Əqra ibn Habis (r.a) onun yanında oturmuşdu. Əqra (r.a) dedi: “Mənim on övladım var, onlardan heç birini öpməmişəm”. Peyğəmbər (s.a.s) ona baxıb dedi: “Rəhm etməyən kimsəyə rəhm edilməz”. [ Səhihdir ]