"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
YOLDAŞININ MAL-DÖVLƏTİ VƏ ÖVLADI ÇOXALSIN DEYƏ ONUN ÜÇÜN DUA ETMƏK
[ Azerislam.com / 4827 dəfə baxılıb ]
|
عن أنس قال ثم دخلت على النبي صلى الله عليه وسلم يوما وما هو إلا أنا وأمى وأم حرام خالتى إذ دخل علينا فقال لنا ألا أصلى بكم وذاك في غير وقت صلاة فقال رجل من القوم فأين جعل أنسا منه فقال جعله عن يمينه ثم صلى بنا ثم دعا لنا أهل البيت بكل خير من خير الدنيا والآخرة فقالت أمى يا رسول الله خويدمك ادع الله له فدعا لي بكل خير كان في آخر دعائه أن قال اللهم أكثر ماله وولده وبارك له
88. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, bir gün mən anamla və xalam Ummu Həramla birgə Peyğəmbərin (s.a.s) yanına gəldik. O, bizim yanımıza gəlib dedi: “Sizə namaz qıldırımmı?” O bunu deyəndə namaz vaxtı deyildi. Səhabələrdən biri soruşdu: “O, Ənəsi hansı tərəfində saxladı?” (Ənəs (r.a) ona): “Onu sağ tərəfində saxladı”- deyə cavab verdi. Sonra dedi: “Peyğəmbər (s.a.s) bizə namaz qıldırdı, (Allahdan) bizim üçün – yəni ev əhlindən ötrü, dünya və Axirətdə olan hər cür xeyirdən dilədi. Anam dedi: “Ey Allahın elçisi! Xidmətçinə diqqət yetir. Onun üçün Allaha dua et!” O da (Allahdan) mənim üçün hər cür xeyirdən dilədi. Duasının sonunda isə belə dedi: “Allahım! Onun varını və övladını çoxalt, ona bərəkət ver!” [ Səhihdir ]