"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
İKİ,YAXUD BİR QIZ UŞAĞINA BAXAN KİMSƏ
[ Azerislam.com / 5072 dəfə baxılıb ]
|
عن عقبة بن عامر قال سمعت رسول الله صلى الله عليه وسلم يقول من كان له ثلاث بنات وصبر عليهن وكساهن من جدته كن له حجابا من النار
76. Uqbə ibn Amir (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: “Kimin üç qızı olsa, səbir edib onları böyütsə və malından onlara xərcləsə, o qızlar onu Oddan qoruyan bir sipər olar”. [ Səhihdir ] عن ابن عباس عن النبي صلى الله عليه وسلم قال ما من مسلم تدركه ابنتان فيحسن صحبتهما إلا أدخلتاه الجنة"
77. İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Elə bir müsəlman yoxdur ki, onun iki qızı olsun, onlara yaxşı baxsın və qızlar da onu Cənnətə salmasın”. [ Həsən li-ğeyrihi ] عن جابر بن عبد الله حدثهم قال قال رسول الله صلى الله عليه وسلم من كان له ثلاث بنات يؤويهن ويكفيهن ويرحمهن فقد وجبت له الجنة البتة فقال رجل من بعض القوم وثنتين يا رسول الله قال وثنتين
78. Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Kimin üç qızı olsa, onlara qayğı göstərsə, onlara yaxşı baxsa və onlara rəhm etsə, Cənnətə daxil olmaq mütləq ona vacib olar”. Başqa tayfadan olan bir kişi dedi: “Ey Allahın elçisi! İki qızı olana da?” O dedi: “İki qızı olana da!” [ Həsəndir ]