"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
QOHUMLUQ ƏLAQƏLƏRİNİ QARŞILIQLI OLARAQ SAXLAYAN ADAM, ƏLAQƏ QURAN BIR KİMSƏ SAYILA BİLMƏZ
[ Azerislam.com / 4624 dəfə baxılıb ]
|
عن عبد الله بن عمرو قال سفيان لم يرفعه الأعمش إلى النبي صلى الله عليه وسلم ورفعه الحسن وفطر عن النبي صلى الله عليه وسلم قال ليس الواصل بالمكافىء ولكن الواصل الذي إذا قطعت رحمه وصلها
68. Abdullah ibn Amr (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Qohumluq əlaqələrini qarşılıqlı olaraq saxlayan adam, əlaqə quran bir kimsə sayıla bilməz. Həqiqi əlaqə quran o kimsədir ki, qohumu onunla əlaqələri kəssə belə onu yenidən qursun”. [ Səhihdir ]