"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
XRİSTİAN ANAYA İSLAM DİNİNİ BƏYAN ETMƏK
[ Azerislam.com / 4712 dəfə baxılıb ]
|
عن أبي هريرة يقول ما سمع بي أحد يهودي ولا نصرانى الا أحبنى إن امى كنت أريدها على الإسلام فتأبى فقلت لها فأبت فأتيت النبي صلى الله عليه وسلم فقلت ادع الله لها فدعا فأتيتها وقد أجافت عليها الباب فقالت يا أبا هريرة إني أسلمت فأخبرت النبي صلى الله عليه وسلم فقلت ادع الله لي ولأمى فقال اللهم عبدك أبو هريرة وأمه أحبهما إلى الناس"
34. Əbu Hureyra (r.a) demişdir: “Mənim barəmdə eşidən elə bir yəhudi, yaxud nəsrani yoxdur ki, məni sevməsin. Mən anamı İslam dininə dəvət edirdim, o isə bunu rədd edirdi. Bir gün yenə dəvətimi rədd etdikdə Peyğəmbərin (s.a.s) yanına gəlib dedim: “Onun üçün Allaha dua et”. O da dua etdi. Sonra mən anamın yanına qayıtdım. Anam qapını üzümə bağlamışdı. O dedi: “Ey Əbu Hureyra! Mən müsəlman oldum”. Bunu Peyğəmbərə (s.a.s) xəbər verdikdən sonra dedim: “Mənim üçün də anam üçün də Allaha dua et”. O da dua etdi: “Allahım! Qulların olan Əbu Hureyra və onun anasını insanlara sevdir!” [ Həsəndir ]