"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
MÜŞRİK ATA ÜÇÜN BAĞIŞLANMA DİLƏMƏMƏK
[ Azerislam.com / 5090 dəfə baxılıb ]
|
23 – İbn Abbas (r.a) demişdir: “Qüdrətli və əzəmətli Allahın - “Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək mərhəmət qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”- de” ayəsi, (əl-İsra, 23-24.)
Bəraə surəsindəki “Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara (iman gətirənlərə) bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz.” (ət-Tovbə, 113.) ayəsi ilə ləğv edilmişdir. [ İsnadı həsəndir ]