"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
VALİDEYNLƏRİ QOCALANADƏK ONLARLA YAŞAYIB, SONRA DA CƏNNƏTƏ DAXİL OLMAYAN KƏS
[ Azerislam.com / 5335 dəfə baxılıb ]
|
عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال رغم أنفه رغم أنفه رغم أنفه قالوا يا رسول الله من قال من أدرك والديه عنده الكبر أو أحدهما فدخل النار"
21 – Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Zəlil oldu, zəlil oldu, zəlil oldu!” (Səhabələr) dedilər: “Kim, ya Rəsulallah?” O dedi: “Valideynləri, yaxud ikisindən biri qocalanadək onlarla yaşayıb, sonra da (üzlərinə ağ olub) Cəhənnəmə girən kəs”. [ Səhihdir ]