"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
ATANIN QAYĞISINA QALMAQ
[ Azerislam.com / 6316 dəfə baxılıb ]
|
عن أبى هريرة قال قيل يا رسول الله من أبر قال أمك قال ثم من قال أمك قال ثم من قال أمك قال ثم من قال أباك"
5. Əbu Hureyra (r.a) rəvayət edir ki, bir nəfər Peyğəmbərdən (s.a.s) soruşdu: “Ey Allahın elçisi! Mən kimə qayğı göstərməliyəm?” O dedi: “Anana!” Yenə soruşdular: “Sonra kimə?” O dedi: “Anana!” Bir də soruşdular: “Sonra kimə?” O dedi: “Anana!” (Dördüncü dəfə): “Sonra kimə?”- dedikdə, o: “Atana!”- dedi. [ Səhihdir ]
عن أبى هريرة أتى رجل نبي الله صلى الله عليه وسلم فقال ما تأمرنى قال بر أمك ثم عاد فقال بر أمك ثم عاد فقال بر أمك ثم عاد الرابعه فقال بر أمك ثم عاد الخامسة فقال بر أباك"
6. Əbu Hureyra (r.a) rəvayət edir ki, bir kişi Allahın peyğəmbərinin (s.a.s) yanına gəlib dedi: “Mənə nə əmr edirsən?” (Peyğəmbər (s.a.s)): “Ananın qayğısına qal!”- dedi. O, (sualını) təkrar etdi. (Peyğəmbər (s.a.s)): “Ananın qayğısına qal!”- dedi. O, (sualını) təkrar etdi. (Peyğəmbər (s.a.s)): “Ananın qayğısına qal!”- dedi. O (dördüncü dəfə sualını) təkrar etdi. O beşinci (dəfə sualını) təkrar etdi. (Peyğəmbər (s.a.s)): “Atanın qayğısına qal!”- dedi. [ Səhihdir ]