O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!
[Ali İmran, 191]
Səmanı və yeri yaratdığı gündən bəri Allahın infaq etdiklərini düşünün!
[Buxari, Təfsir, 11/2, Tövhid 22]
Düşünmədən öyrənmək vaxt itirməkdir.
[Konfutsi]
DİQQƏT - YENİ MÜHAZİRƏLƏR BAŞLAYIR
[ Xəbərlər / 1509 dəfə baxılıb ]
|
Oxucuların nəzərinə bir elanı çatdırmaq istərdik.
28 may 2005 ci il tarixindən etibarən Azerislam teoloqu Əlixan Musayevin mühazirələri başlayır. Mühazirələr inşallah hər həftənin şənbə günü saat 19:00 da İçəri Şəhər "Ləzgi" məscidində olacaq.
Xatırladaq ki, qarşıdaki mühazirələr bəşəriyyətin ən xeyirlisi və möminlərin sevimlisi olan Allah Rəsulu Muhəmmad (s.a.s) -dən bəhs edəcək. Bu mühazirələrdə siz Allah Rəsulunun (s.a.s) ibrətamiz həyatından eşidəcək və bir daha onun sevgisini qəlbinizdə canlandıracaqsınız. Bir məsələni də oxucularımızın diqqətinə çatdıraq ki, ilk iki mühazirədən sonra dərslərdə qadınlar da iştirak edə bilərlər. Qadınlar üçün ayrılmış yer məscidin ikinci mərtəbəsində olacaq. Dünyanın digər yerlərində olan və bu mühazirələrdə iştirak etmək imkanları olmayan müsəlman bacı və qardaşlarımız da bu dəfə diqqətdən kənarda qalmayacaq. İnşallah məhz onları nəzərə alaraq saytımızın "səsli dərslər" bölməsində hər mühazirədən bir neçə gün sonra həftə ərzində oxunacaq mühazirələr yerləşdiriləcək. Allah bu faydalı işləri görməkdə elm əhlinə yardım etsin. Amin! Allah millətimizə hidayət və bu mühazirələri eşidənləri onlardan faydalananlardan etsin. Amin!