O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!
[Ali İmran, 191]
Səmanı və yeri yaratdığı gündən bəri Allahın infaq etdiklərini düşünün!
[Buxari, Təfsir, 11/2, Tövhid 22]
Düşünmədən öyrənmək vaxt itirməkdir.
[Konfutsi]
AZERİSLAM İLİN ƏN YAXŞI SAYTI OLDU
[ Xəbərlər / 10 dəfə baxılıb ]
|
BİZ ƏSL MÜKAFATIMIZI ALLAHDAN İSTƏYİRİK!
Allahın salamı ilə sizləri salamlayırıq əziz oxucularımız. Bir ay bundan əvvəl Azərbaycan internetinin inkişafına həsr olunmuş "Birinci Milli İnternet Mükafat NETTY"yə "Azərbaycan Gənc Reportyorlar Birliyi"nin ilk layihələrindən biri olan Azerislam da qatıldı. Biz oxucularımıza bu barədə məlumat verdik və yüzlərlə dünyavi internet saytları arasında qaliblərdən olmaq üçün onların səslərinə ehtiyacımızın olduğunu bildirdik. Dəyərli oxucularımız bizi tək qoymadı, davamlı olaraq Azerislama səs verdilər, "Elm və Təhsil" kateqoriyasında ilk üçlüyə düşdük. Bundan sonra isə NETTY akademiya üzvləri 10 kateqoriya üzrə ilin ən yaxşı internet saytlarını təyin etdilər. Aprelin 2-də keçirilən mükafatlandırma mərasimində "Elm və Təhsil" nominasiyasında Azerislam.com ilin ən yaxşı Elmi resursu elan olundu. Təqdimetmə mərasimində çıxış edən AGRB sədri Ceyhun Abdulla mərasim iştirakçılarına bunları söylədi: - Biz Azerislam-ı hazırladıq ki, dünya azərbaycanlıları öz dinlərini olduğu kimi öyrənə bilsinlər, asudə vaxtılarını səmərəli keçirsinlər, elmlənsinlər və sağlam cəmiyyətimizin formalaşmasında öz töhfələrini versinlər. Əslində bütün bu mükafatlar simvolik xarakter daşıyır. Biz əsl mükafatımızı Allahdan istəyirik!
Budur, Azerislam Allahın dinini ucaldır, Allah da Azerislamı bu dünyada qələbəyə çatdırır. Allaha sonsuz həmdü-sənalar edərək müsəlman bacı və qardaşlarımızı həm bu, həm də axirət yurdunda daim qələbəyə çatdırmasını istəyirik. Amin!
Yeri gəlmişkən fürsətdən istifadə edib bizi oxuyan bütün oxucularımıza, Azerislam kollektivinə, teoloqlarımıza, dizayner və proqram mütəxəsilərimizə, jurnalistlərimizə, forumumuzun idarəçi və nəzarətçilərinə, Azerislam adının müəllifinə, bu ünvanın ərəyə-ərsəyə gəlməsində rolu olan hər kəsə və bu mükafatlandırmada bizə səs verən NETTY akademiyasının jurilərinə Allahdan bağışlanma diləyir və daim onları xeyir əməllərə müvəffəq etməsini istəyirik.
Biz "Azərbaycan Gənc Reportyorlar Birliyi"nin ən böyük istəklərindən biri də tezliklə Qarabağ torpaqlarının işğaldan azad olması, bu torpaqları öz əllərimizlə geri ala bilmək və Şuşa məscidinin minarəsindən ilk əzan səsini bütün Qarabağ çöllərinə yaymaqdır.
Allah bu işdə hamımıza, bütün dünya müsəlmanlarına yardım etsin, onlara faydalı elm versin və onları bir etsin. Amin!