O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!
[Ali İmran, 191]
Səmanı və yeri yaratdığı gündən bəri Allahın infaq etdiklərini düşünün!
[Buxari, Təfsir, 11/2, Tövhid 22]
Düşünmədən öyrənmək vaxt itirməkdir.
[Konfutsi]
BAYRAMINIZ MÜBARƏK
[ Xəbərlər / 1573 dəfə baxılıb ]
|
بسم الله الرحمن الرحيم (Rəhmli, Mərhəmətli Allahın adı ilə!) Əs-sələmu aleykum müsəlman bacı və qardaşlarımız! Bu gün bütün dünya müsəlmanlarının iki möhtəşəm və gözəl bayramından biri olan Qurban bayramıdır. Bu bayram münasibəti ilə bütün dünya müsəlmanlarını, azerislam oxucularını və ümumilikdə bütün müsəlman bacı və qardaşlarımızı ürəkdən təbrik edirik! Allah bu gün həcc mərasimini başa vuran müsəlmanların həccini və onların kəsdikləri qurbanı qəbul etsin! Amin! O cümlədən həcc etmək imkanı olmayan, lakin evində qurban kəsən müsəlmanların qurbanlarını qəbul etsin və onlara da həcc edib öz qurbanlarını o müqəddəs yerlərdə kəsməyi nəsib etsin! AMIN! Allah millərimizə hidayət versin!