Gözəl əxlaq yaradanı düşünərək, yaradılanları xoş görmək onların əziyyətinə səbr etməkdir.
[Naməlum]
SUAL-CAVAB MÜVƏQQƏTİ OLARAQ BAĞLANIR
[ Xəbərlər / 1448 dəfə baxılıb ]
|
Bütün Azerislam oxucularının nəzərinə bir məsələni çatdırırıq. Son aylar ən aktual sahəmiz olan SUAL-CAVAB bölməsində bu günə qədər 750 oxucu sualına cavab verilib. Bundan əlavə sual-cavab bazasında daha yüzlərlə sual hazırda cavabsız qalır. Bütün bunları və qarşıdaki Həcc ziyarətini nəzərə alaraq qərara aldıq ki, 1 yanvar 2005 tarixindən etibarən 1 ay müddətinə SUAL-CAVAB sisteminin işini müvəqqəti olaraq dayandıraq. Əsas səbəb isə Azerislam teoloqlarının inşallah Həccə getmələridir. Allah bütün müsəlmanlara bu fərz əməli etməyi müvəffəq etsin. Amin!
Sual-Cavab sistemi müvəqqəti olaraq fəaliyyətini dayandırsa da siz cavabları oxuya bilər və ya fikirlərinizi Azerislam.com oxucuları ilə FORUM-da paylaşa bilərsiniz. Yaranmış müvəqqəti narahatlığa görə oxucularımızdan üzr istəyirik. Azerislam-ı oxumaqda davam edin. İrad və təklifləriniz olarsa QONAQ KİTABIMIZA yazmağı unutmayın.