Gözəl əxlaq yaradanı düşünərək, yaradılanları xoş görmək onların əziyyətinə səbr etməkdir.
[Naməlum]
10 HAQQ
[ Xəbərlər / 31 dəfə baxılıb ]
|
ШЁШіЩ… Ш§Щ„Щ„Щ‡ Ш§Щ„Ш±ШЩ…Щ† Ш§Щ„Ш±ШЩЉЩ… Şükr və təВ»rif Allaha məxsusdur. Biz ona şükr edir, Onu təВ»rif edirik, Onu köməyə çağırırıq, Ondan bağışВ»lanma diləyirik, nəfslərimizdəki şərdən, əməlləriВ»mizdəki pisВ»liklərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxsi azdıran, azdırВ»dığı şəxsi isə yoluna yönəldən tapılmaz. Şəhadət edirəm ki, Allahdan Başqa ibadətə haqqı olan tanrı yoxdur, Onun şəriki yoxdur və şəhadət edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.
В«Ey iman gətirən kəslər! Allahdan lazımınca qorxun və yalnız müsəlman olduğunuz halda ölün!В» (В«Ali ImranВ» surəsi, 102-ci ayə).
В«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər istədiyiniz) Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!В» (В«ən-NisaВ» surəsi, 1). В«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə nail olarВ» (В«əl-ƏhzabВ» surəsi, 70-71). Müsəlman qardaş və bacılarım! Bu müxtəsər və maraqlı risalə sizi ədalətli olmağa sövq edər və hər bir haqqı olanın haqqını ödəməyə vadar edər. Bu haqlar hər bir müsəlman üçün ən mühüm olan haqdır və bu haqları ödəmək hər bir müsəlmanın borcudur. Əzəmətli Allahdan rica edirik ki, Allah sübhanəhu təalanın Kitabını və Rəsulullahın (Ona Allahın salavatı və salamı olsun! В« səlləllahu В«əleyhi va əlihi va səlləm В« s.ə.s) Sünnəsini öz həyatının bütün sahələrində rəhbər tutan (cəmi) müsəlman ümmətinə uğurlar bəxş etsin. O, doğrudan da eşidən və cavab verəndir. Sonuncu duamız budur: əl-həmdu lilləhi rabbil-aləminВ» В« Aləmlərin Rəbbi Allaha şükürlər olsun!
1-cihaqq
Allahın haqqı
Bu haqq hər bir müsəlman üçün ən mühüm olan haqdır. Bu əzəmətli haqqı ödəmək hər bir müsəlmanın borcudur. Allah-təala bizi analarımızın bətnlərində bir şəkildən başqa şəklə salıb, sonra insan olaraq bu dünyaya gətirib: В«Biz, həqiqətən, insanı tər-təmiz (süzülmüŞ) palçıqdan yaratdıq. Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu yeni bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uca, nə qədər uludur!В» (В«əl-MuВ»minunВ» surəsi, 12-14). Allah-təala biz insanlara bol neВ»mətlər verib ki, bəlkə ona şükr edək: В«Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, bəlkə şükr edəsinizВ» (В«ən-NəhlВ» surəsi, 78). Allah-təala bizdən yalnız Onun təkliyinə ibadət etməyi istəyir. O istəyir ki, biz insanlar Onun əmrlərini yerinə yetirək və qadağan etdiyi şeylərdən çəkinək: В«Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən onlarВ»dan Məni yedirtmələrini də istəmirəm. Şübhəsiz ki, ruzi verən də, yenilməz qüvvət sahibi olan da Allahdır!В» (В«əz-ZariyatВ» surəsi, 56-58). В«Ey Adəm övladı! Məgər Mən sizə: "Şeytana ibadət etməyin, o sizin açıq düşməninizdir!" В« deyə buyurmaВ»dımmıВ»! Və: "Mənə ibadət edin, bu doğru yoldur!" В« deyə əmr etmədimmiВ»! Həqiqətən, şeytan içərinizdən çoxlaВ»rını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi»« (В«Ya SinВ» surəsi, 60-62). Hər müsəlman ona vacib olan ibadətləri bacardığı qədər yerinə yetirməlidir: В«Allah heç kəsi qüvvəsi çatmayan işi görməyə vadar etməzВ» (В«əl-BəqərəВ» surəsi, 286). В«Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxunВ» (В«ət-TəğaBunВ» surəsi, 16). В«Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıВ»dırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu Əkbər" deməklə) təВ»zim və bəlkə də şükr edəsinizВ» (В«əl-BəqərəВ» surəsi, 185). Babasil xəstəliyinə tutulmuŞ Imran bin Hüseyn (r.a) namazını necə qılması haqqında Peyğəmbərdən (s.ə.s) soruşduqda, o belə demişdir: В«Ayaq üstə qıl, bacarmırВ»sansa, oturan yerdə qıl, onu da bacarmırsansa, uzanan yerdə qıl!В» (əl-Buxari, 1117-ci hədis). Allah-təala Onun haqqını ödəməyənlərin halını vəsf edərək buyurur: В«Biz cinlərdən və insanlardan çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri var, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möВ»cüzələrini) görməzlər. OnlaВ»rın qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitВ»məzlər. Onlar heyvan kimidirlər, Bəlkə də (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!В» (В«əl-ƏВ»rafВ» surəsi, 179). Allahın dinini yer üzündə bərqərar etmək, Allahın haqqını ödəməkВ»dəndir. Allahın göndərdiyi sonuncu səmavi din olan Islamın əsasları üç qismdir: 1) Islam; 2) Iman; 3) Ehsan.
ISLAM
Islamın ərkanı beşdir:
Şəhadət gətirmək (Allahın tək, Məhəmmədin Onun qulu və elçisi olmasını təsdiq etmək): В«Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq O qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilərВ» (В«Ali ImranВ» surəsi, 18); В«Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın elçisi və peyğəmbərВ»lərin sonuncusudur. Allah hər şeyi biləndirВ» (В«əl-ƏhzaBВ» surəsi, 40). Namaz В« gündəlik beş namazı öz vaxtında qılmaq; Zəkat vermək: В«Halbuki onlara əmr edilmişdir ki, Allaha В« dini yalnız Ona məxsus edərək, digər bütün dinlərdən islama dönərək В« ibadət etsinlər, namaz qılıb, zəkat versinlər. Doğru-düzgün din budurВ» (В«əl-BəyyinəВ» surəsi, 5). Oruc tutmaq: В«Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsinizВ» (В«əl-BəqərəВ» surəsi, 183). Həcc: В«Onun yoluna (ərzaq, minik, sağlamlıq və təhlükəsizlik baxımından) gücü çatan hər bir kəsin Həccə gedib o evi (müqəddəs KəВ»bəni) ziyarət etməsi insanların Allah qarşıВ»sında borcudur. Kim bunu inkar edərsə, özünə zülm etmiş olar. Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildirВ» (В«Ali ImranВ» surəsi, 97). IMAN
Imanın ərkanı altıdır
Allaha iman; Mələklərə iman; Səmavi kitablara iman; Peyğəmbərlərə iman; Axirət gününə iman: В«Yaxşı əməl heç də (ibadət vaxtı) üzünüzü günçıxan və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanandırВ» (В«əl-BəqərəВ» surəsi, 177). Xeyir və şərin qədərinin Allahdan olmasına iman:
В«Şübhəsiz ki, biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıqВ» (В«əl-QəmərВ» surəsi, 49). Imanın şöВ»bələri altmış doqquzdur. ƏBu Hüreyrədən (Allah ondan razı olsun! В« r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: В«Iman altmış və bir neçə şöВ»bədən ibarətdir, həya da imanın şöВ»bəsinВ»dəndirВ» (В«Səhih əl-BuxariВ», В«Iman kitabıВ», 1/9, səh.67). Şərh: Imanın şöВ»bələri üç əsas qismə bölünür:
I. Qəlbə aid olan əməllər. Imanın bu qismi iyirmi dörd növdür:
- Allaha iman - Mələklərə iman - Allahın nazil etdiyi kitablara iman - Allahın göndərdiyi elçilərə iman - Qiyamət gününə iman - Xeyir və Şərin qədərinin Allahdan olmasına iman - Allahı sevmək - Allah xatirinə sevmək və qəzəblənmək - Məhəmməd Peyğəmbvəri (s.ə.s) sevmək - Ixlas (Allah uğrunda görülən bir işdə riya və nifaqı tərk etmək) - Tövbə etmək - Qorxu (yəВ»ni Allahdan qorxmaq) - Həyalı olmaq - Şükr etmək - Səbr etmək - Ümid etmək (Allahın rəhmətinə) - Vəfalı olmaq - Qəza və Qədərə razı olmaq - Rəhmli olmaq - Təvazökar olmaq - Təkəbbürlü olmamaq - Həsəd, paxıllıq etməmək - Kin saxlamamaq - QəzəblənВ»məmək
II. Dilə aid olan əməllər. Imanın bu qismi yeddi növdür:
- Şəhadət gətirmək - QurВ»an oxumaq - Faydalı elm öyrənmək - Faydalı elm öyrətmək - Dua etmək - Zikr etmək - Faydası olmayan sözlər danışmamaq
III. Bədənə aid olan əməllər. Imanın bu qismi otuz səkkiz növdür:
- Zahiri və daxili təmizlik - Övrət yerini örtmək - Namaz qılmaq - Zəkat vermək - Oruc tutmaq - Qul azad etmək - Həcc və Ümrə ziyarəti etmək - Yaxşılıq etmək, qonaqpərvər olmaq - KəВ»bənin ətrafında təvaf etmək - Qədr gecəsini ibadətlə keçirmək - EВ»tikaf etmək (Ramazan ayının axırıncı on gününü məsciddə qalmaq) - Hicrət etmək - Nəzir etdikdə onu ödəmək - Allaha itaət edib, Ona asi olmayaraq imanı artırmaq - Hər hansı bir günaha görə müəyyən cəriməni (kəffarəni) ödəmək - Evlənmək və ya ərə getmək - Ailəni dolandırmaq - Valideynlərin qayğısına qalmaq, onlara asi olmamaq - Uşaqları tərbiyə etmək - Qohumluq əlaqələrini möhkəmlənВ»dirmək - Ağaya itaət etmək, qul ilə mülayim rəftar etmək - Ədalətlə hökm vermək - Qonşuya yaxşılıq etmək - Ixtiyar sahiblərinə itaət etmək - Müsəlman camaatı ilə həmrəВ»y olmaq - Borc aldıqda onu qaytarmaq - Insanlar arasında sülh yaratmaq - Cihad etmək (nəfslə, şeytanla və s.) - Əxlaqlı olmaq, gözəl rəftar etmək - Sədəqə vermək (Allah yolunda maldan xərcləmək) - Israf etməmək - Salamı almaq - Insanlara əziyyət verməmək; - Xeyirli işlərdə şərik olmaq - Əmanətə xəyanət etməmək - Boş söhbətlərdən, faydasız işlərdən uzaq olmaq - Asqırıb В«əlhəmdu lilləhВ» (həmd, şükr, tərif və s. Allaha məxsusudur) deyənə В«yarhəmukəllahВ» (Allah sənə rəhm etsin) demək - Əziyyət verən bir şeyi yoldan kənar etmək
EHSAN
YəВ»ni, Allaha elə ibadət et ki, sanki sən Onu görürsən, bunu bacarmasan, O səni görürmüş kimi Ona ibadət et:
В«Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkiВ»nənlər və yaxşı işlər görənlərlədir (möhsünlərlədir)В» (В«ən-NəhlВ» surəsi, 128).
В«O Allah ki, səni namaza duranda da görür, səcdə edənlər içində dolananda da. Həqiqətən, (hər şeyi) eşidən və bilən OdurВ» (В«əş-ŞüəraВ» surəsi, 218-220).
2-ci haqq
Məhəmməd peyğəmbərin (s.ə.s) В« in haqqı
Məhəmməd (s.ə.s) Fil ilində (miladi tarixlə 570 və ya 571-ci il) anadan olub, Allah-təala onu 40 yaşında bütün bəşəriyyət (insanlar və cinlər) üçün peyğəmbər seçВ»mişdir: В«De ki: "Ey insanlar! Mən Allahın sizin hamınız üçün göndəВ»rilmiş elçisiyəm"В« (В«əl-ƏВ»rafВ» surəsi, 158). В«[Ya Peyğəmbər!] De: "Mənə vəhy olundu ki, bir dəstə cin dedilər: В« Biz çox qəribə, təsəvvür edilməz dərəcədə gözəl olan bir QurВ»an eşitdik. O, haqq yolu göstərir. Biz ona iman gətirdik və heç kəsi Rəbbimizə şərik qoşmayacağıq"В« (В«əl-CinnВ» surəsi, 1-2). On üç il Məkkədə və on il Mədinədə olan insanları Allahın dini olan Islama dəВ»vət etmişdir. Allah onu bir şahid kimi insanlara göndərib: В«Həqiqətən, Biz səni bir şahid, bir müГєdəçi və bir qorВ»xudan peyğəmbər kimi göndərdikВ» (В«əl-FəthВ» surəsi, 8). Belə olduğu halda: 1. Onun əmrlərini yerinə yetirib, qadağan etdiyi şeyВ»lərdən çəkinməliyik ki, bu da ona olan haqqımızdır. Allah-təala QurВ»anda buyurur: В«Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) aşkar möВ»cüzələr və kitablarla göndərdik. Sənə (peyВ»ğəmbərə) də QurВ»anı nazil etdik ki, insanlara onlara gönВ»dəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə onlar da düşünüb dərk edələr!В» (В«ən-NəhlВ» surəsi, 44). В«Peyğəmbər sizə nə verirsə (şəriət hökmü) onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin, Allahdan qorxun!В» (В«əl-HəşrВ» surəsi, 7). В«De ki: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışВ»lasın. Allah bağışlayan və mərhəmətlidirВ» (В«Ali ImranВ» surəsi, 31). Bu ayələrdən belə nəticə çıxır ki, Peyğəmbərin (s.ə.s) sünnəsini tətbiq etmək, onun haqqını ödəmək deməkdir. Sünnənin lüğəti məВ»nası yol deməkdir. Şəriətdə olan məВ»nası isə В« Peyğəmbərin (s.ə.s) dedikləri, etdikləri, səhabələrinin dediklərini, etdiklərini təsdiq etməsi və onun zahiri görünüşüdür. Peyğəmbərin (s.ə.s) sünnəsi də Allah tərəfindən nazil olunub: В«O havadan (kefi istəyəni) danışmır, danışdığı ancaq nazil olan bir vəhydirВ» (В«ən-NəcmВ» surəsi, 3-4). Hər müsəlmanın borcudur ki, şəriət hökmlərində Allahı və Onun rəsulunu (s.ə.s) hakim təВ»yin etsin: В«Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Onun elçisinə həvalə edin. Bu daha xeyirli və nəticə eВ»tibarilə daha yaxşıdırВ» (В«ən-NisaВ» surəsi, 59). В«Amma xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təВ»yin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlarВ» (В«ən-NisaВ» surəsi, 65). Peyğəmbərin (s.ə.s) haqqını qəsdən inkar edənin yeri cəhənnəmdir: В«Hər kəs özünə doğru yol aşkar olandan sonra PeyВ»ğəmbərdən üz döndərib (sünnəni inkar edib) möВ»minlərВ»dən (səhabələrdən) qeyrisinin yoluna uyarsa, onu istədiyi yola yönəldər və cəhənnəmə varid edərik. Ora necə də pis yerdirВ» (В«ən-NisaВ» surəsi, 115). В«Onun (Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlaВ»rına gələcək bir bəladan, yaxud düçar olacaqları şidВ»dətli bir əzabdan həzər etsinlərВ» (В«ən-NurВ» surəsi, 63).
Ümumiyyətlə, Peyğəmbərin (s.ə.s) sünnəsi altı qismdir:
Birinci: səbəbi olan sünnə. YəВ»ni Peyğəmbərin (s.ə.s) hər hansı bir səbəbə görə etdiyi ibadət. Buna misal: Peyğəmbər (s.ə.s) asqırdıqdan sonra В«əl-həmdu lilləhВ» deyərdi. Deməli, səbəbsiz yerə bunu etmək sünnəyə müxalifdir. Məsələn, əsnədikdə В«əl-həmdu lilləhВ» demək olmaz. Ikinci: keyfiyyəti olan sünnə. YəВ»ni Peyğəmbərin (s.ə.s) hər hansı bir keyfiyyətdə etdiyi ibadət. Buna misal: Peyğəmbər (s.ə.s) namaz qıldıqda səcdəni rükudan sonra edərdi. Deməli, rükudan qabaq səcdə etmək sünnəyə müxalifdir. Üçüncü: miqdarı olan sünnə. YəВ»ni Peyğəmbərin (s.ə.s) hər hansı bir miqdarda etdiyi ibadət. Buna misal: Peyğəmbər (s.ə.s) zöhr namazını 4 rükət qılardı. Deməli, Zöhr namazını 4 rükətdən artıq və ya əskik qılmaq sünnəyə müxalifdir. Dördüncü: cinsi olan sünnə. YəВ»ni Peyğəmbərin (s.ə.s) hər hansı bir cinsdən etdiyi ibadət. Buna misal: Peyğəmbər (s.ə.s) Qurban bayramında (zil-hiccə ayının 10-u, 11-i, 12-i və 13-ü, yəВ»ni qurban günləri) üç cinsdən qurban kəsməyi buyurВ»muşdur. Bu heyvanlar dəvə, öküz, qoçdur. Deməli, qurban bayramında bu heyvanlardan başqa ətinin yeyilməsi halal olan heyvanı (xoruz, at və s.) qurban kəsmək sünnəyə müxalifdir. Beşinci: zamanı olan sünnə. YəВ»ni Peyğəmbərin (s.ə.s) hər hansı bir zamanda etdiyi ibadət. Buna misal: Peyğəmbər (s.ə.s) məğrib namazını gün batdıqdan sonra qılardı. Deməli, gün batmamış məğrib namazını qılmaq sünnəyə müxalifdir. Altıncı: məkanı olan sünnə. YəВ»ni Peyğəmbərin (s.ə.s) hər hansı bir məkanda etdiyi ibadət. Buna misal: Peyğəmbər (s.ə.s) eВ»tikafı (Ramazan ayının axır on gününü müəyyən olunmuş yerdə keçirmək) məsciddə edərdi. Deməli, eВ»tikafı məsciddən başqa yerdə keçirmək sünnəyə müxalifdir. Qeyd: Sünnəyə müxalif olan ibadət qəbul olunmur. Aişədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: В«Bizim etdiyimiz əməllərə yenilik əlavə edən kimsənin əlavəsi rədd olunurВ» (Müslim, 4467). 2. Həmçinin onu bütün məxluqatdan çox sevmək onun haqlarındandır. Ənəs Bin Malikin (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər (s.ə.s) demişdir: В«Sizdən biriniz məni valideynindən, övladından və cəmi insanlardan çox sevməyincə imanı (kamil) olmazВ» (Müslim, 167).
3-cü haqq
Valideynin haqqı
Allah və Onun elçisindən sonra, hər kəs üçün ən fəzilətli olan onun valideynidir. Övlad üçün ata-ananın hər Birinin özünə görə fəziləti var. Lakin, ananın fəziləti daha çoxdur: В«Biz insana ata-anasına yaxşılıq etməyi (valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşıımışdıВ» (В«LoğmanВ» surəsi, 14). 1. Onların qayğısını çəkmək və onlarla yaxşı rəftar etmək övladın borcudur: В«Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara "Uf!" В« belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış. Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!" В« deВ» (В«əl-IsraВ» surəsi, 23-24). Əbu Hüreyrə (r.a) deyir: В«Bir kişi Peyğəmbərin (s.ə.s) yanına gəlib dedi: "Ey Allahın lçisi! Kimə daha çox qayğı göstərməliyəmВ»" O dedi: "Anana". Kişi soruşdu: "Sonra kiməВ»" Peyğəmbər (s.ə.s) dedi: "Anana". Kişi təkrar soruşdu: "Bəs daha sonra kiməВ»" O yenə cavab verdi: "Anana". Kişi bir daha soruşdu: "Bəs daha sonra kiməВ»" Peyğəmbər (s.ə.s) Bu dəfə dedi: "Atana"В« (əl-Buxari, 5971). Bu qayğı təkcə bizə yox, bizdən əvvəlki ümmətlərə də buyurulmuşdur. 2. Valideyni söydürməmək onun haqlarındandır. Abdullah bin Amrdan (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: В«Kişinin valideynlərini ləВ»nətləməsi (söyməsi) böyük günahlardandırВ». (Səhabələr): В«Ey Allahın elçisi! Kişi valideynlərini ləВ»nətləyərmi»« В« deyə soruşduqda, o dedi: В«Birinin ata-anasını söyür, o da qayıdıb onun ata-anasını söyürВ» (əl-Buxari, 5973). 3. Valideyni Islama dəВ»vət etmək onun haqlarınВ»dandır. Əbu Hüreyrə (r.a) Belə rəvayət edir: В«Mən müşrik olan anamı Islama dəВ»vət edirdim. Bir gün yenə onu dəВ»vət etdikdə, Peyğəmbər (s.ə.s) haqqında nalayiq sözlər dedi. Mən ağlaya-ağlaya Peyğəmbərin (s.ə.s) yanına gəlib, dedim: "Ey Allahın elçisi! Mən anamı islama dəВ»vət edirdim, o bunu inkar edib, sənin haqqında nalayiq sözlər dedi. Allaha dua et, Əbu Hüreyrənin anasına hidayət versin!" Peyğəmbər (s.ə.s) dedi: "Allahım, Əbu Hüreyrənin anasına hidayət ver!" Mən Peyğəmbərin (s.ə.s) duasından sonra sevincək evə getdim. Qapıya çatdıqda anam ayaq səslərimi eşitdi və mənə yerimdə durmağı əmr etdi. Sonra çimib (qüsl edib) paltarını geyindi, qapını açıb mənə dedi: "Əbu Hüreyrə! Şəhadət verirəm ki, Allahdan başqa (ibadət haqqı olan) məВ»bud yoxdur və Məhəmməd Onun qulu və elçisidir". Mən sevincimdən ağlaya-ağlaya Peyğəmbərin (s.ə.s) yanına gəlib ona dedim: "Ey Allahın elçisi! Gözün aydın! Allah sənin duanı qəbul etdi və Əbu Hüreyrənin anasına hidayət verdiВ»"В« (Müslim, 6346). Qeyd: Valideyn kafir olsa belə, onun dünyəvi haqqını ödəməliyik (gözəl rəftar etmək, kömək etmək, sözünə qulaq asmaq və s.). Lakin Allahın haram buyurduğu işlərə sövq etsələr, əməl etməməliyik. 4. Valideynlər vəfat etdikdən sonra onlar üçün dua etmək, Allahdan bağışlanma diləmək də onların haqlaВ»rındandır: В«Ey Rəbbimiz! Haqq-hesab çəkilən gün məni, ata-anamı və möВ»minləri bağışla!В» (В«IbrahimВ» surəsi, 41).
4-cü haqq
Övladın haqqı
Övladı Islam tərbiyəsi ilə tərbiyələndirib cəhənВ»nəm odundan qorumaq Allahın əmrlərindəndir: В«Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı cəhənnəm odundan qoruyun!В» (В«ət-TəhrimВ» surəsi, 6). Abdullah bin Ömərin (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər (s.ə.s) demişdir: В«Hər biriniz qəyyumsunuz və hər biriniz tabeçiliyinzdə olanlar haqqında sorğu-sual olunacaqsınız»« (əl-Buxari, 893). 1. Övladı əzizləmək onun haqlarındandır: Əbu Hüreyrə (r.a) deyir: В«Peyğəmbər (s.ə.s) Əlinin (r.a) oğlu Həsəni (r.a) öpdü. Yanında oturan əl-Əqra bin Həbis ət-Təmimi Bunu görüb dedi: "Mənim on övladım var, onlarВ»dan heç birini öpməmşəm". Peyğəmbər (s.ə.s) ona baxıb dedi: "Rəhm etməyənə rəhm olunmaz"В« (əl-Buxari, 5997). 2. Övlad üçün xeyirli dua etmək onun haqlarındandır: ƏBu Hüreyrədən (s.ə.s) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demiŞdir: "Üç nəfərin В« məzlumun, müsafirin və valideynin övladı üçün etdiyi duanın qəbul olunmasına şəkk yoxdur" (Səhihu-l-ədəbi-l-mufrad, 32). 3. Övladın qayğısına qalmaq onun haqlarındandır. Əbu Səid əl-Xudridən rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Üç qız uşağının və ya üç bacının qayğısına qalan cənnətə daxil olar" (Səhihu-l-ədəbi-l-mufrad, 79). 4. Övladı tərbiyə etmək onun haqlarındandır. Islam tərbiyəsi iki mənbədən götürülür: 1. QurВ»ani-kərim, 2. Səhih hədislər: В«Həqiqətən, Allahın elçisi Allaha, qiyamət gününə ümid bəsləВ»yənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl nümunədirВ» (В«əl-ƏhzabВ» surəsi, 21).
Islamda tərbiyənin üslubları: В« nəsihət vermək (QurВ»an ayələri, səhih hədislər və gözəl sözlərlə); В« QurВ»an və səhih hədislərdə varid olan tərbiyəvi hekayələri danışmaq; В« nümunə olmaq (yəВ»ni, tərbiyə edən özü tərbiyə olunan üçün nümunə olmalıdır); В« çəkindirmək (pis işlərdən) və həvəsləndirmək (yaxşı işlərə); В« tərbiyəsiz və əxlaqsızların pis aqibətlərini misal çəkmək.
5-ci haqq
Qohum-əqrabanın haqqı Bu haqqı ödəmək hər bir müsəlmana (əvvəlki haqlar kimi) vacibdir: В«Qohum-əqrabanın haqqını verВ» (В«əl-IsraВ» surəsi, 26). Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Ruzisinin çoxalmasını, ömrünün uzanmaВ»sını istəyən şəxs qohumluq əlaqəВ»lərini möhkəmlənВ»dirsin" (əl-Buxari, 585). Cubeyr bin MutВ»imin (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Qohumluq əlaqələrini kəsən cənnətə daxil olmaz" (əl-Buxari, 5984). Qohum-əqrabanı Islama dəВ»vət etmək, onların haqlaВ»rındandır: В«Elə isə Allahla yanaşı başqa bir tanrıya ibadət etməkdən çəkin, yoxsa əzaba düçar edilənlərdən olarsan! Və ən yaxın qohumlarını qorxut!В» (В«əş-ŞüəraВ» surəsi, 213-214). Insanların çoxu bu haqqı unudaraq qohumlarını tərk edir. Halbuki, sadəcə onların əhvalını öyrənməklə (soruşmaqla) boynunda olan haqqı ödəmiş olar. BəВ»ziləri də yalnız qohumları onları yad edəndə o da onları yad edir. Bu da şəriətə müxalifdir. şəriətə görə isə çətinВ»likdə də, firaВ»vanlıqda da qohumları ziyarət edib onların haqqını ödəmək lazımdır. Qeyd: Qohum kafir olsa belə, onun haqqı ödəməliyik.
6-cı haqq
Qonşunun haqqı В«Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrabaya, yetimlərə, yoxsulВ»lara, yaxın və uzaq qohum-qonşuya, yaxın yoldaş və dostlara, müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri və lovğalıq edənləri sevməzВ» (В«ən-NisaВ» surəsi, 36). Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demiŞdir: "Allaha və axirət gününə inanan qonşuВ»suna yaxşılıq etsinВ»" (Müslim, 174). Qonşunun haqqı aşağıdakı kimidir: 1. Evdə bişirilən yeməkdən imkan daxilində qonşuya vermək: Əbu Zərdən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Ey Əbu Zərr, yemək bişirdikdə suyunu çox et və qonşuna da ondan ver!" (Səhihu-l-ədəbi-l-mufrad, 83). 2. Qonşunun qadını ilə zina və qonşudan oğurluq etmək haramdır: Əl-Miqdəd bin əl-Əsvəd (r.a) rəvayət edir: В«Peyğəmbərdən (s.ə.s) zina və oğurluq haqqında soruşduqda, o dedi: "Qonşunun qadını ilə zina etmək, başqa on qadınla edilən zinadan, qonşudan edilən oğurluq isə başqa on oğurluqdan daha pis və günahı da daha çoxdur"В« (Səhihul-ədəbil-mufrad,76). 3. Qonşuya əziyyət verməmək: Əbu Hüreyrə (r.a) rəvayət edir: В«Peyğəmbərə (s.ə.s) deyildi: "Ey Allahın elçisi! Filan qadın gecələri namaz qılıb, gündüzləri oruc tutub, yaxşı əməllər edib sədəqə verir, lakin qonşusuna dili ilə əziyyət verir". Peyğəmbər (s.ə.s) dedi: "O qadında xeyir yoxdur və o, cəhənnəm əhlindəndir"В« (Səhihul-ədəbil-mufrad, 88). 4. Qonşu kafir olsa da, ona yaxşılıq etmək. Mücahid deyir: В«Abdullah bin Amrın (r.a) xidmətçisi qoç soyurdu. Abdullah (r.a) ona dedi: "Qurtardıqda ondan bir pay əvvəlcə qonşumuz yəhudiyə ver!" Bir nəfər dedi: "YəhudiyəВ» Allah səni islah etsin!" Abdullah (r.a) dedi: "Peyğəmbər (s.ə.s) qonşu haqqında bizə o qədər nəsihət verirdi ki, ona miras payı ayıracağını zənn edirdik"В« (Səhihul-ədəbil-mufrad, 95).
7-ci haqq
Ərlə arvadın bir-birinə olan haqqı
В«Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. (Qadınlar) açıq-aşkar pis bir iş görməВ»yincə, özlərinə verdiВ»yiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsunВ» (В«ən-NisaВ» surəsi, 19). ««Kişilərin qadınlar üzərində şəriətə görə hüquqВ»ları olduğu kimi, qadınların da onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlaşdıqları üçün) onlardan bir dərəcə üstündürlər»« (В«əl-BəqərəВ» surəsi, 228). Ərlə arvad bir-birinin haqqını tam ödəyərsə, xoşbəxt olarlar. Ümumiyyətlə, bu haqq üç qismdir: 1. Bədən ilə əlaqəli haqq; 2. Mal ilə əlaqəli haqq; 3. Ictimai haqq.
Ərin boynunda olan haqlar
1. Yemək, içmək, geyim və yaşayış yeri ilə qadını təВ»min etmək: В«Arvadın yeməyi və geyimi öz qüvvəsi dairəsində uşaВ»ğın atasının üzərinə düşürВ» (В«əl-BəqərəВ» surəsi, 233). 2. Qadını Allahın və Onun elçisinin (s.ə.s) buyurduğu qaydada tərbiyələnВ»dirmək: В«Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və kişilərin öz mallarından (qadınları üçün) sərf etməВ»sinə görədir. Əməlisaleh qadınlar (ərləВ»rinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzlərsə) onlardan yatağınızı ayırın və (yüngülcə) döyün! (Zədə vurmamaq, sındırmamaq, bədənində iz qoymamaq, üzə vurmamq və s. kobud hərəkətlər etməmək şərti ilə) Sizə itaət etdikdə isə onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah uca və böyükdürВ» (В«ən-NisaВ» surəsi, 34). Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Qadınlara diqqət edin, qadın qabırВ»ğadan yaranıb. Qabırğanın ən əyri hissəsi onun yuxarı tərəfidir, düzəltmək istəsən sındıracaqsan, düzəltВ»məsən əyri qalacaq. Qadınlara diqqət edin!" (əl-Buxari, 3331). 3. Qadınlarla kobud rəftar etməmək: В«Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilərВ» (В«Ali ImranВ», surəsi, 159).
Arvadın boynunda olan haqlar
1. Ərinə qulluq (dünyəvi işlərdə) və itaət (dini) etməВ»lidir: Aişədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Allahdan qeyrisinə səcdə etmək caiz olsaydı, qadına ərinə səcdə etməВ»sini əmr edərdim" (Ibn Macə, 2/1852). Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Qadın ərinin izni olmadan (fərz olmayan) oruc tutmamalıdır" (əl-Buxari, 5192). Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Kişi qadınını yatağına çağırdıqda, o (qadın) onun (ərinin) istəyini yerinə yetirmədiyi üzündən əri qəzəblənmiş halda yatarsa, mələklər səhərə qədər o qadına ləВ»nət edərlər" (Müslim, 3526). Qeyd: Qadın yalnız üzrlü səbəbə görə cinsi əlaqədən imtina edə bilər. 2. Qadının əri ilə (və ərin qadını ilə) məzələnməsi (öpmək, qucaqlamaq və s.): Cabir bin Abdullahdan (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Allah zikri olmayan hər bir şey oyun-oyuncaqdır, dörd şeydən başqa: kişinin arvadı ilə məzələnməsi, atını əhlilləşdirməsi, iki hədəf araВ»sında qaçması və üzməyi öyrənməsi" (Səhih hədislər silsiləsi, 309). 3. Qadın, ərinin ona etdiyi yaxşılıqlara qarşı nankor olmamalıdır: Əbu Səid əl-Xudri (r.a) rəvayət edir: В«Peyğəmbər (s.ə.s) bayram günü (qurban və fitrə) qadınların yanına gəlib dedi: "Ey qadınlar! Allah yolunda sədəqə verin! Cəhənnəm əhlinin əksəriyyətinin qadınlar olduğu mənə göstərildi". Onlar: "Nə üçün, ey Allahın elçisiВ»" В« deyə soruşdular. O dedi: "Bu, sizin çox ləВ»nət etdiyinizə və ərlərinizə qarşı nankor olduğunuza (ərin əziyyətini heç etməyinizə) görədir"В« (əl-Buxari, 304).
8-ci haqq
Hakimlərin haqqı Hakim hər hansı bir topluya hökmranlıq edəndir. Məsələn, prezident xalqının, müəllim tələbələrinin, komandir əsgərlərinin, kişi ailəsinin hakimidir. 1. Hakimlərə tabe olmaq: В«Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə (hakimlərə) itaət edin!В» (В«ən-NisaВ» surəsi, 59). Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s.) demişdir: "Mənə itaət edən Allaha itaət etmiş, mənə asi olan da Allaha asi olmuş olur. Əmirə itaət edən mənə itaət etmiş, ona asi olan isə mənə asi olmuş olur" (Müslim, 4724). Yalnız Allahın haram buyurduğu işlərə (oğurluq, zinakarlıq, narkotik maddələrin istifadəsi və s.) itaət etmək haramdır. Abdullah bin Ömərdən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Hər bir müsəlmana xoşuna gələn və gəlməyən işlərdə (əmiri) eşidib, itaət etmək vacibdir. Yalnız Allaha asi olan işlərdə itaət etmək olmaz" (Müslim, 4740). 2. Onların işinə qarışmamaq: Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Kişinin (və ya qadının) islamının gözəlliyi, ona aid olmayan şeyləri tərk etməsindədir" (ət-Tirmizi, 2317). Əl-Həsən ibn Əli (r.a) rəvayət edib deyir: В«Mən Peyğəmbərdən (s.ə.s): "Sənə aid olanı götür, aid olmayanı isə tərk et!" В« sözlərini əzbərВ»lədimВ» (əl-Müsənnəf Əbd ər-Razzəq, 4984). 3. Öz nəfsiniz üçün istədiyiniz xeyirdən və hidayətdən onlar üçün də istəmək bu haqdandır: Ənəs bin Malikin (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Sizdən biriniz nəfsinə istədiyini qardaşı (və ya bacısı, ata-anası və s.) üçün istəməyincə imanı kamil olmaz" (əl-Buxari, 13). 4. Allahın onlara verdiyi var-dövlətə göz dikməmək və həsəd aparmamaq: Səhl bin SəВ»d əs-SəВ»idinin (r.a) rəvayət etdiyi hədis: В«Bir kişi gəlib Peyğəmbərə (s.ə.s) dedi: "Ey Allahın elçisi! Mənə elə bir əməl öyrət ki, onu etdikdə həm Allah, həm də insanlar məni sevsin". Peyğəmbər (s.ə.s) dedi: "Dünyaya göz dikmə, Allah səni sevsin. Insanların əlindəkinə göz dikmə, insanlar səni sevsin"В« (Ibn Macə, 4102; Səhih hədislər silsiləsi, 944).
9-cu haqq
Müsəlmanların bir-birinə olan haqqı 1. MöВ»minlər öz aralarında biri-birilərinə qarşı mərhəmətli, mülaВ»yimdirlər: В«Məhəmməd Allahın elçisidir. Onlunla birlikdə olanlar (möВ»minlər) kafirlərə qarşı sərt, (öz aralaВ»rında isə) bir-birinə qarşı mərhəmətВ»lidirlərВ» (В«əl-FəthВ» surəsi, 29). Əbu Musadan (r.a) rəvayət olunan hədis: В«Peyğəmbər (s.ə.s) demişdir: "MöВ»minlər bina kimidir, bir-birinə dayaq olur". Sonra o (s.ə.s) əllərinin barmaqlarını bir-birinə keçirtdiВ» (əl-Buxari, 6026). Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "MöВ»min bəndə (möВ»min) qardaşına yarВ»dım etdikcə Allah da ona yardım edər" (Müslim, 6793). 2. Müsəlman olan şəxs Başqa müsəlmanlara zərər vurВ»mamalıdır: Abdullah ibn Amrdan (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "(Həqiqi) müsəlmanın əlindən və dilindən başqa müsəlmanlar zərər çəkməzВ»" (əl-Buxari, 10). Bu hədisdə əl və dil ən çox hərəkətdə olan əza olduğu üçün xüsusiləşdirildi. Deməli, müsəlman hər bir əzasını xeyir üçün istifadə etməlidir. 3. Müsəlman bacardığı qədər pisliyi yaxşılıqla dəf etməli və ya onun əvəzini pisliklə çıxmamalıdır: В«Sən pisliyi yaxşılıqla dəf et!В» (В«əl-MuВ»minunВ» surəsi, 96). В«Yaxşılıqla pislik eyni ola bilməz! (Ey möВ»min kimsə!) Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən. Bu (xislət) yalnız (dünyada məşəqqətlərə) səbr edənlərə verilir və yalnız böyük ismət (savab, fəzilət) sahiblərinə əta olunurВ» (В«FussilətВ» surəsi, 34-35). В«Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə, təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqВ»ları (xoşlarına gəlВ»məyən bir söz dedikləri) zaman onlarla gözəl, yumşaq danışarlarВ» (В«əl-FurqanВ» surəsi, 63). 4. Müsəlman qardaşının səhvini gördükdə onu düzəltВ»mək üçün çalışmalı və camaat arasında onu ifşa etməВ»məlidir: ƏBu Səid əl-Xudridən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Sizdən biriniz münkər (günah) gördükdə onu əli ilə düzəltsin! Ona qadir olmasa, dili ilə düzəltsin! Ona qadir olmasa, qəlbi ilə (o münkərə) nifrət etsin ki, bu da imanın ən zəif mərtəbəВ»sidir" (Müslim, 175). Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Kim Bir müsəlmanın eybini örtərsə, Allah da dünya və axirətdə onun eybini örtər" (Müslim, 6793). 5. Müsəlman ticarət etdikdə də aldatmamalıdır: В«Vay halına çəkidə və ölçüdə aldadanların! O kəslər ki, özləri xalqdan bir şey aldıqları zaman onu tam ölçüb alar, xalq üçün bir şey ölçdükdə və çəkdikdə onu əskildərlərВ» (В«əl-MutaffifinВ» surəsi, 1-3). Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Bizə qarşı silah qaldıran və bizi aldadan (ticarətdə və s.) bizdən deyildir" (Müslim, 164). 6. MöВ»minlərə əziyyət verməmək də bu haqlardandır: В«MöВ»min kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlərВ» (В«əl-ƏhzabВ» surəsi, 58). Bundan əlavə Peyğəmbərin (s.ə.s) hər bir müsəlman üçün xüsusiləşdirВ»diyi haqlar var. Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Müsəlmanın müsəlman üzərində haqqı altıdır". "Onlar hansılardırВ»" В« deyə soruşulduqda, o demişdir: "Qarşılaşdıqda salamını almaq, dəВ»vət etdikdə dəВ»vətini qəbul etmək, nəsihət istədikdə nəsihət vermək, asqırıb "əlhəmdu lilləh" desə, ona "yərhəmukəllah" demək, xəstələndikdə ziyarət etmək və vəfat etdikdə cənazəsinin ardınca getmək" (Müslim, 5616). 7. Müsəlmanların arasında sülh yaratmaq: В«Həqiqətən, möВ»minlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə rəhm olunasınızВ» (В«əl-HücuratВ» surəsi, 10).
10-cu haqq
Qeyri-müsəlmanların haqqı Kafirlər və müşriklər Allahın, Peyğəmbərin (s.ə.s) və müsəlmanların düşmənidir. Lakin bununla belə onların haqqını ödəmək, onlara qarşı ədalətli olmaq biz müsəlmanların borcudur: В«Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardırВ» (В«əl-MaidəВ» surəsi,8). Əbu Zərdən (r.a) rəvayət olunan hədis: В«Peyğəmbər (s.ə.s) Rəbbindən rəvayət edib deyir ki, "O dedi: В« Ey qullarım! Mən zülm etməyi nəfsimə haram etdim. Sizin bir-birinizə zülm etməyinizi də sizə haram etdim. bir-birinizə zülm etməyin!"В« (Müslim, 6517). Ümumiyyətlə kafirlər dörd qismdir: 1. Islamın və müsəlmanların düşməni: В«Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun sərВ»hədlərini aşarsa, Allah da onu həmişəlik cəhənnəmə daxil edər. Onu rüsvayçı əzab gözləyirВ» (В«ən-NisaВ» surəsi, 14). 2. Aman istəyənlər. Onların haqqı, təВ»yin olunmuş məkan və zaman ərzində onları himayəyə götürməkdir: В«Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin. Sonra onu əmin olduğu yerə çatdırВ» (В«ət-TövbəВ» surəsi, 6). 3. Əhd bağlayanlar. Onların haqqı, onlarla bağlanan əhdə vəfa etmək və təВ»yin olunmuş müddət ərzində bağlaВ»nan ittifaqı pozmamaqdır: В«Müqavilə bağladıqdan sonra sizə qarşı bir əskiklik etməmiş və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş (müşriklər) istisnadır. Onlarla olan əhdinizə axıra qədər (müddəti Bitənədək) vəfa edinВ» (В«ət-TövbəВ» surəsi, 4). 4. Zimmilər. Bunlar Islam dövlətində daimi sakin olan yəhudi, xaçВ»pərəst, məcusi və qeyriləridir: Zimmə əhlinin haqqı 1. Zimmə əhdini pozmamaq: В«Əhd etdiyiniz zaman Allaha verdiyiniz əhdi yerinə yetirin!В» (В«ən-NəhlВ» surəsi, 91). 2. Islam dinini qəbul etməyi onlara məcbur etməmək: В«Dində məcburiyyət yoxdur. Artıq doğruluq (iman) azğınВ»lıqdan (küfrdən) fərqlənirВ» (В«əl-BəqərəВ» surəsi, 256). 3. Onları himayə və müdafiə etmək. 4. Onları sirdaş tutmayaraq onlara yaxşılıq etmək: В«Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxarmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər. Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxaran və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalimlərdirВ» (В«əl-MumtəhinəВ» surəsi, 8-9). 5. Günah olan işlərə (araq içmək, donuz əti yemək və s.) müsəlmanları dəВ»vət etməyincə, o işləri etməkdə onlara mane olmamaq. 6. Qanlarına və mallarına bais olmamaq. 7. Zülm etməmək və bacara bilmədiyi bir işi etməyə məcbur etməmək.
SON
Bu gün Islam aləmində ədalətsizlik baŞ alıb gedir ki, bu da Islama ləkə vurur və Islam dəВ»vətinə mane olur. Müsəlmanların başlarına gələn bir çox bəlalar da məhz bu ədalətsizliklərinə görədir. Ömər bin əl-Xəttab (r.a) demişdir: В«Biz müsəlmanlar Allahın islam dini ilə izzətləndirdiyi bir ümmətik, nə vaxta qədər ki, islam dinindən başqa bir şeylə izzətlənmək istəyəcəyik, Allah da bizi zəlil edəcəkВ». Əziz müsəlman qardaş və bacılarım! Bu on haqqı lazımınca yerinə yetirməyə çalışın və bu işdə Allahın müsəlmanlara kömək etməsini Ondan diləyin!
Əlixan MUSAYEV Mədinə Şəhəri Beynəlxalq Islam Universitetinin məzunu