Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür­ (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!

[Ali İmran, 191]


Səmanı və yeri yaratdığı gündən bəri Allahın infaq etdiklərini düşünün!

[Buxari, Təfsir, 11/2, Tövhid 22]


Düşünmədən öyrənmək vaxt itirməkdir.

[Konfutsi]

 
Abunə olmaq
İmtina etmək

QAZILAR ŞURASI FƏTVA VERİB

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayı münasibətilə fətva verib.
Bu barədə idarənin mətbuat xidmətindən bildirilib. QMİ həddi-büluğa çatan müsəlmanlara oruc və namaz vaxtlarını idarənin Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə tərtib etdiyi orucluq cədvəlinə müvafiq nizamlamağı tövsiyə edir.
Cədvələ görə, Mübarək Ramazan ayının 1-i bu il miladi tarixlə oktyabrın 5-ə təsadüf edir. Builki orucluğun niyyət axşamı oktyabrın 4-ü axşamıdır. Noyabrın 3-də bayram axşamı, 4-də Ramazan bayramıdır. Namaz vaxtları Ağdamda +11, Astarada +2, Gəncədə +14, Qazaxda +19, Qubada +6, Lənkəranda +3, Saatlıda +7, Sabirabadda +5, Şamaxıda +6, Şəkidə +12, Xaçmazda +10, Yevlaxda +11, Naxçıvanda + 17, Göyçayda +8, Zaqatalada +14 dəqiqə Bakı vaxtından sonradır.


APA 03/10/2005 16:11

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:38
GÜNƏŞ07:13
ZÖHR [ 4 rükət ]13:43
ƏSR [ 4 rükət ]17:22
MƏĞRİB [ 3 rükət ]20:12
İŞA [ 4 rükət ]21:42
GECƏYARI00:55
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka