Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür­ (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!

[Ali İmran, 191]


Səmanı və yeri yaratdığı gündən bəri Allahın infaq etdiklərini düşünün!

[Buxari, Təfsir, 11/2, Tövhid 22]


Düşünmədən öyrənmək vaxt itirməkdir.

[Konfutsi]

 
Abunə olmaq
İmtina etmək

TEOLOQLARIN MƏSƏLƏYƏ MÜNASİBƏTİ

[ Xəbərlər / 1500 dəfə baxılıb ]   
|
 

                                                             Bismillahir-Rəhmanir-Rəhim


 Hazırda Ramazan ayının dəqiq nə vaxt daxil olması məsələsi çoxlarını maraqlandırır. Biz də Azərislam adından oxucularımıza obyektib məlumat çatdırmaq üçün məsələni araşdırmaq istədik və bəzi teoloqlarla əlaqə saxladıq.
Ramazan ayının nə vaxt daxil olmasını dəqiqləşdirmək üçün birinci biz Mədinə şəhəri Beynəlxalq İslam Universitetinin məzunu və Azərislam teoloqu Mübariz Qarayevlə əlaqə saxladıq. Mübariz Qarayev dediki: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və sair kimi İslam ölkələrinin tə'yin etdiyinə görə, sabah Ramazan ayıdır və biz səhərdən oruc tutmalıyıq. Hər hansı bir müsəlman və ya hər hansı bir İslam ölkəsi yeni ayı görübsə, başqa müsəlmanlar da ona tabe olmalıdırlar. Həmçinin, yeni ayın tə'yin olunması, ondan əvvəlki ayın sonuncu günü olmalıdır. Yəni Ramazan ayını tə'yin etmək üçün, Şaban ayının sonuncu günü ayı görmək lazımdır. Çünki hicri ayları ya 29 gün olur, ya da 30 gün. Azərbaycanda da müvafiq orqanlar, Dini Qurumlar idarəsi və ya Ruhanilər Idarəsi, yaxud da Şamaxı Rəsədxanası məhz bu gün və ya sabah ayın girişini təyin etməli idilər. Yeni ayın başlanmasını isə bir neçə gün əvvəldən təyin etmək düzgün deyil. Mən şəxsi olaraq sabah oruc tutacam" - sitatın sonu


Biz eynilə də Mədinə şəhəri Beynəlxalq İslam Universitetinin məzunu olan Qamət Süleymanovla əlaqə saxladıq. Onun dediklərinə görə isə biz Azərbaycanda yaşayırıq, başqa ölkələrin hansı gündə oruc tutması bizi maraqlandırmır. Başqa hökümətlərin tə'yin etdiyi vaxtla biz eyni getməli deyilik. Azərbaycanda hansı günü Ramazan ayının başlanğıcı tə'yin olunubsa, həmin günü də hamı oruc tutmalıdır və buna müxalif çıxmalı deyil.


Mədinə şəhəri Beynəlxalq İslam Universitetinin daha bir başqa məzunu və Azərislam teoloqu Əlixan Musayevlə də əlaqə saxlamaq istədik, amma telefonu söndürüldüyündən onunla əlaqə saxlamaq mümkün olmadı.


Suriya cümhuriyyəti, Dəməşq Universitetinin İlahiyyat fakultəsinin tələbəsi ilə də birbaşa əlaqə saxladıq və o bildirdiki, artıq Suriyada və İordaniyada yeni ayın görünməsi təsdiq olunub, təravih namazı qılınıb və bütün İslam aləmi Oktyabr ayının 4-ü səhər oruc tutacaq.

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:38
GÜNƏŞ07:13
ZÖHR [ 4 rükət ]13:43
ƏSR [ 4 rükət ]17:22
MƏĞRİB [ 3 rükət ]20:12
İŞA [ 4 rükət ]21:42
GECƏYARI00:55
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka