O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!
[Ali İmran, 191]
Səmanı və yeri yaratdığı gündən bəri Allahın infaq etdiklərini düşünün!
[Buxari, Təfsir, 11/2, Tövhid 22]
Düşünmədən öyrənmək vaxt itirməkdir.
[Konfutsi]
BƏZİ ÖLKƏLƏRDƏ SABAH RAMAZANDIR
[ Xəbərlər / 10 dəfə baxılıb ]
|
Bismilləhir-Rəhmanir-Rəhim
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, salat və salam olsun Onun Rəsulu Muhəmmədə (S.A.S).
Hörmətli müsəlmanlar! Aldığımız mə'lumatlara görə bəzi ölkələrdə artıq Ramazan ayının daxil olması təsdiqlənib və Ramazan ayı elan olunub. Səudiyyə Ərəbistanı, Ərəbistan yarımadası, Libiya və başqa ölkələr artıq sabahdan Ramazan ayının ilk günü olaraq oruc tutacaqlar. Başqa bir tərəfdən isə, Türkiyə, Albaniya, Kosova, Oman və Livan respublikaları isə Ramazan ayının Oktyabrın 5-də başlanacağını elan ediblər.
Libiya xəbərlər agentliyinin yaydığı məlumata görə, Ramazanın ayı bü gün saat 12:28-də doğacaq, hansıki artıq onların hesabları ilə Ramazan ayı daxil olubdur. Ankara dini qurumları idarəsi isə xəbər verirki, Ramazan ayı, Oktyabrın 4-ü gecə daxil olur.
Çox təəssüf edirik ki, belə bir zaman Azərbaycanda nə Azərbaycan Ruhani idarəsi ilə əlaqə saxlamaq mümkündür, nə Azərbaycan Dini Qurumlar idarəsi xalqına Ramazan ayı haqqında bir məlumat verir, nə də internetdə bununla bağlı Dini Qurumlar idarəsinin saytı var. Bəs belə bir vaxtda bizlər dəqiq məlumatı hardan ala bilərik. Bəzi ölkələr bir gün tutur, başqa ölkələr isə başqa bir gün. Azərbaycanda isə bununla maraqlanan var.
Hörmətli müsəlmanlar, bizdən hələlik ayrılmayın, son xəbəri sizə çatdıracayıq. Hələlik bizə gələn məlumatları olduğu kimi də sizə çatdırdıq.