"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
QURANI ƏZBƏRLƏYƏN ŞƏXS NECƏ OLAMLIDIR?
[ Bir ifadə / 1061 dəfə baxılıb ]
|
İbn Məsud (r.a.) deyib: "Quranı əzbərləyən şəxs insanlar yuxuda ikən gecə qalxıb ibadət etməsi, xalq yemək yeyərkən oruc tutması, başqaları gülüb-əylənərkən kədərlənməsi, insanlar gülərkən ağlaması, camaat bir-biri ilə qaynayıb-qarışarkən susması, insanlar qürurlanarkən sadəliyi ilə tanınmalıdır. Quranı əzbərləmiş şəxsin ağlaması, hüznə qərq olması, düşüncəli, vüqarlı, bilgili və susqun olması lazımdır. Quran oxuyan daşürəkli, qafil (qəflətdə olan), tez əsəbiləşən olmamalıdır."