(Ya Rəsulullah!) Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!
[Qələm, 4]
İslam, gözəl əxlaqdır
[Kənzul Ummal, 3/17 hədis № 5225]
Quranın öyrətdiyi əxlaqla əxlanarıqsa; vəhy ağlımıza nur, gözümüzə işıq, qəlbimizə fərman, dizimizə dərman olar.
[Hikmətli sözlər]
MƏRHƏMƏT
[ Bir hədis / 1882 dəfə baxılıb ]
|
Abdullah ibn Amrdan (r.a.) rəvayət olunur: “Rəsullullah (s.ə.s.) buyurdu ki, “Allah mərhəmətli olana mərhəmət göstərər. Elə isə siz yer üzündəkilərə mərhəmətli olun ki, səmadakılar da sizə mərhəmət etsin. Rahim (qohumluq bağı) Rəhmandan bir bağdır. Kim bunu qorusa, Allah onunla (rəhmət münasibəti) qurar, kim də kəssə, Allah ondan (rəhmət münasibətini) kəsər.”