"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
Vacib oldu!
[ Bir hədis / 2038 dəfə baxılıb ]
|
Ənəs (radiyallahu anhu) rəvayət edir ki: "Bir dəfə yanımızdan bir cənazə apardılar və Peyğəmbər (sallallahu aleyhi və səlləm -s.a.s)-in yanındakılar onu xeyirlə yada saldılar və Peyğəmbər (s.a.s) "Vacib oldu" deyə buyurdu. Sonra başqa bir cənazə apardılar və yanındakılar onu da pis əməlləri ilə yada saldılar və Peyğəmbər (s.a.s) "Vacib oldu" dedi. Ömər ibnul Xattab (radiyallahu anhu) dedi: "Nə vacib oldu?" və Peyğəmbər (s.a.s) belə buyurdu: "Sizin xeyirlə andığınız insana Cənnət vacib oldu, digərini şərrlə andınız, Cəhənnəm ona vacib oldu. Siz yerdə Allahın şahidlərisiniz"