"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
Oruc
[ Bir hədis / 1852 dəfə baxılıb ]
|
Səhl İbni Sad (r.a) ravayət edir; Rəsulullah (s.a.s) buyurmuşdur ki, Cənnətdə Rəyyan deyilən bir qapı vardır. O qapıdan sadəcə oruclular girər. Oruclular girdikdən sonra isə o qapı bağlanar və kimsə ora daxil ola bilməz.