"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
Rəbbi onunla danışacaq
[ Bir hədis / 1740 dəfə baxılıb ]
|
Udeyy ibn Hatim (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu: "Sizlərdən elə biri yoxdur ki, Rəbbi onunla aralarında tərcüməçi olmadan təkbətək danışmasın. Adam sağına baxıb əvvəl gördüyü yaxşı əməlləri görər, soluna baxıb gördüyü pis əməlləri görər, qarşısına baxıb ancaq Cəhənnəmi görər. Cəhənnəmdən yarım xurma ilə olsa belə qorunun".