"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
DİNİNDƏN DÖNMƏYƏNLƏR
[ Bir hədis / 2022 dəfə baxılıb ]
|
Xəbbab ibn Ərat rəvayət edir ki, Peyğəmbər (Sallallahu aleyhi və səlləm) libasına bürünüb Kəbənin kölgəsində dincəldiyi zaman biz onun yanına gəlib dedik: “Bizim üçün kömək diləməyəcəksənmi, bizim üçün dua etməyəcəksənmi?” O dedi: “Sizdən əvvəl əqidəsində möhkəm olan elə kişilər var idi ki, kafirlər onları tutub torpağa basdırar, sonra da mişarla onları iki hissəyə bölərdilər, və ya dəmir daraqlarla onların başlarını sümüyədək darayardılar. Lakin bu işgəncələr onları dinlərindən döndərə bilməzdi...”