"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin.
[Buxari, İman]
Kəbəyə kirlə gəlib nurla gedən hacıdır.
[Hikmətli sözlər]
5 ƏSAS
[ Bir hədis / 1665 dəfə baxılıb ]
|
BEŞ ƏSAS Abdullah ibn Ömər (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.a.s.) dedi: “İslam beş əsas üzərində bina edilmişdir. Allahdan başqa ilahın olmaması və Muhammədin Onun elçisi olmasına şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və ramazan orucunu tutmaq”.