(Ya Rəsulullah!) Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!
[Qələm, 4]
İslam, gözəl əxlaqdır
[Kənzul Ummal, 3/17 hədis № 5225]
Quranın öyrətdiyi əxlaqla əxlanarıqsa; vəhy ağlımıza nur, gözümüzə işıq, qəlbimizə fərman, dizimizə dərman olar.
[Hikmətli sözlər]
Sirr saxlayan
[ Bir ayə / 59 dəfə baxılıb ]
|
Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini etməyin! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!