"Bəs onlar heç Yer üzündə gəzib dolaşmırlarmı ki, bunun sayəsində düşünəcək bir qəlbə, ya da eşidəcək bir qulağa sahib olalar? Amma bu da var ki, gözlər kor olmaz, fəqət əsl kor olan kökslərdəki qəlblərdir!"
[Həcc, 46]
Abdullah (ibn Məsud) rəvayət edir ki, Peyğəmbər demişdir: "Doğruluq (adamı) yaxşı işlər görməyə yönəldər. Yaxşı işlər isə (adamı) Cənnətə aparar. Həqiqətən adam o qədər doğru danışar ki, nəhayət Allah aynında doğruçu sayılar. Yalan isə günah işlərə yönəldər. Günahlar da adamı cəhənnəmə aparar. Həqiqətən adam o qədər yalan danışar ki, nəhayət Allah yanında yalançı sayılar."
[ əl-Buxari, 6094 ]
Qürbət vətəndən məhrum olmaq deyil, səni anlayan dostlardan məhrum olmaqdır.
NAMAZ QILAN İMAMLAR TƏYYARƏDƏN ÇIXARILDI
[ Aktual / 2760 dəfə baxılıb ]
|
ABŞ-da Beynəlxalq Minneapolis- St.Paul havalimanında Amerika hava yollarına aid bir təyyarədə namaz qılan imamlar təyyarədən çıxarıldı. Havayolu təmsilçisi Pat Hogan, təyyarəyə minən 6 imamım bir sərnişinin şikayətindən sonra təyyarədən çıxarılmasına cəhd edildiyini, ancaq imamların bunu rədd etdiklərini və polis çağrıldığını deyib. İmamların bir neçə saatlıq sorğudan sonra buraxıldığı bildirilib.
Şimali Amerika İmamları Federasıyasının Minneapolis ştatında keçilən toplantısından dönən imamların lideri Ömər Şahin, dostlarından üçünün təyyarədə namaz qıldıqdan sonra təyyarədən çıxardıldığını söyləyərək "Bizi təhqir etdilər. Həyatım boyunca özümü heç bu qədər alçaldılmış hiss etməmişdim" deyib. Mərkəzi Washingtonda yerləşən Amerika-İslam Əlaqələri Konseyi təmsilçisi İbrahim Hooper də imamların tutularaq bir sorğu suala çəkilməsinə etiraz edib. O, baş verən hadisənin sərnişinlər və ya uçuş heyətinin Müsəlmanlığa qarşı olan münasibətindən irəli gəlib gəlmədiyini aydınlaşdırmaq üçün məsul şəxslərə şikayət ərizəsi yazacağını da bildirib.
Daha sonra 142 sərnişin və 5 nəfərlik uçuş heyəti olan təyyarənin 3 saat gecikmə ilə səfərinə davam edib.