Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”
[İsra, 24]
Heç bir valideyin övladına gözəl tərbiyədən üstün hədiyyə verə bilməz.
[Tirmizi]
Ən yaxşı tərbiyə yaxşı bir əməl, yaxşı bir nümunədir.
[Tolstoy]
ƏHMƏD HÜSEYN DİDAT - BÖYÜK İMAN VƏ İSLAMA XİDMƏT DOLU HƏYAT
[ Görkəmli şəxslər / 9 dəfə baxılıb ]
|
Əhməd Didat, 1918-ci ildə, Hindistanda anadan olmuş, elə eyni ildə onun atası, Cənubi Afrikaya səfər getmişdir. 1927-ci ildə, onun anası vəfat etdi, Əhməd Didat atasının yanına səfərə etdi.
Əhməd Didat, ibtidai təhsilini bitirir, orta təhsilinə başlayır, lakin 2-ci ili (8-ci sinifdə) vəziyyətləri ağırlaşdığı üçün iş axtarmaq məcburiyyətində qalır. Vəziyyətləri elə çətinləşirki, Əhməd Didat ailəsinə kömək etməli olur. Elə uşaq ikən məktəbi buraxır və işləməyə başlayır. Amma qiraəti (kitab oxumağı) tərk etmir, xüsusilə də İslam ədəbiyyatına, İslam mədəniyyətinə və İslami elmlərə üstünlük verməyə başlayır. Beləcə o, Hindistanda Islam dinini, xristian missionerləri qarşısında müdafiə etməyi öz üzərinə götürür.