Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

"Bəs onlar heç Yer üzündə gəzib dolaşmırlarmı ki, bunun sayəsində düşünəcək bir qəlbə, ya da eşidəcək bir qulağa sahib olalar? Amma bu da var ki, gözlər kor olmaz, fəqət əsl kor olan kökslərdəki qəlblərdir!"

[Həcc, 46]


Abdullah (ibn Məsud) rəvayət edir ki, Peyğəmbər demişdir: "Doğruluq (adamı) yaxşı işlər görməyə yönəldər. Yaxşı işlər isə (adamı) Cənnətə aparar. Həqiqətən adam o qədər doğru danışar ki, nəhayət Allah aynında doğruçu sayılar. Yalan isə günah işlərə yönəldər. Günahlar da adamı cəhənnəmə aparar. Həqiqətən adam o qədər yalan danışar ki, nəhayət Allah yanında yalançı sayılar."

[ əl-Buxari, 6094 ]


Qürbət vətəndən məhrum olmaq deyil, səni anlayan dostlardan məhrum olmaqdır.
 
Abunə olmaq
İmtina etmək

FİTRƏ ZƏKATI

[ Oruc / 3896 dəfə baxılıb ]   
|
 
&Fitr;ə zəkatını vermək hər bir imkanı olan müsəlmana vacibdir. Fitrə zəkatı bayram namazının başlamasına qədər verilməlidir. Ancaq bu qısa müddət ərzində ehtiyacı olan kimsəni tapa bilməmə ehtimalını nəzərə alaraq daha öncədən verilməsi daha məqsədə uyğundur. Fəqət fitrə zəkatını bayramdan sonraya saxlamaq olmaz. Fitrə ödəyən insan özü ilə birlikdə kiçik uşaqlarının və himayəsində kimsə varsa onların da fitrə zəkatını ödəməlidir. Fitrə zəkatını pul şəklində çıxarmaq caiz deyil.
Fitrə zəkatı, insanın bir gün ərzində yemək ehtiyaclarını qarşılayacaq dərəcədə olmalıdır.
Abdullah Ibn Ömər (Allah onların hər ikisindən razı olsun) dedi: Peyğəmbır (s.a.s) ramazanın fitrə zəkatını 2,5 kq xurma və ya buğda çıxarmağı hər bir müsəlman kimsəyə, qadın və kişiyə, böyük və kiçiyə, azad və qula fərz etmiş və insanların bayram namazına çıxmasından öncə verilməsini əmr etmişdir.
(Buxari rəvayət etmişdir)

Bayram:
Bayram ramazan boyu yemədən içmədən və hər cür əskiklikdən özlərini qoruyaraq oruc tutan müsəlmanların və ailələrinin, orucluğun bitməsi ilə sevincə qovuşduğu və vəd edilən mükafata qovuşmaqla mənən hüzur tapdığı bir gündür. Bayram günü sabah namazının vaxtı girincə bir miqdar bir şeylər yeyib sabah namazını məsciddə qılmaq üçün çıxmaq ən yaxşı bir yoldur. Məscidə gedərkən mümkünsə uşaqları və məscid boşdursa xanımları da məscidə aparmaq fəzilətlidir. Çünki bayram hər kəsin bayramıdır. Qadınlara cümə və bayram namazı məcbur olmamaqla bərabər, onların namaza gəlmələrində də bir problem yoxdur. Onlar da xütbəni dinləyir, namazı qılıb, bayramlaşıb savablarını alarlar. Allah hamımızın dualarını qəbul etsin inşallah.
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:26
GÜNƏŞ08:02
ZÖHR [ 4 rükət ]12:50
ƏSR [ 4 rükət ]15:19
MƏĞRİB [ 3 rükət ]17:38
İŞA [ 4 rükət ]19:09
GECƏYARI00:02
Aylıq təqvim
Islamic Finder

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]