Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!

[Qələm, 4]


Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim.

[Əs-Suyuti, Əl-Camiul Səğir, C1,səh 177]


Gözəl əxlaq yaradanı düşünərək, yaradılanları xoş görmək onların əziyyətinə səbr etməkdir.

[Naməlum]

 
Abunə olmaq
İmtina etmək

ÖLÜM MƏLƏYİNİN GÖRÜNÜŞÜ

[ Azerislam.com / 48777 dəfə baxılıb ]   
|
 
Sən belə qəm, kədər, ölüm ağrısı və şiddətli üzüntü içərisində Rəbbindən iki müjdədən birini gözlərkən birdən - birə Ölüm mələyinin çöhrəsi ilə üz-üzə gəlirsən. Bu çöhrə o zamanadək gördüyün ya ən gözəl, ya da ən çirkin bir mənzərə olacaq sənin üçün.

Bədənindən ruhunu çəkib çıxartmaq üçün Ölüm mələyi əlini sənin ağzına doğru uzadarkən ona baxırsan. Bu düşdüyün vəziyyət və Ölüm mələyini görməyindən doğan dəhşətdən nəfsin zillətə bürünmüşdür. Qəfildən hansı müjdə ilə qarşılaşacağının xiffəti səni daha da sıxır. Birdən- birə onun səsini eşidirsən. Sənə: “Allahın riza və mükafatı ilə sevin, ey Allahın dostu!” və ya “Onun qəzəb və əzabıyla sevin, ey Allahın düşməni!”deyilir.

Bax, elə həmin an ya qurtulduğun qənaətinə gəlir və ruhun Allah ilə hüzur tapır, ya da məhv və həlak olduğuna əmin olub qəlbin ümüdsizliklə dolar, Allahdan ümüdün üzülər. Dünyadakı müddətinin bitdiyi, izin-tozun silindiyi və səndən əvvəl keçib gedənlərin yurduna köçdüyün o anda konlünə son dərəcə kədər və hüzün və ya nəşə və sevinc hakim olar.



Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:19
GÜNƏŞ06:58
ZÖHR [ 4 rükət ]13:40
ƏSR [ 4 rükət ]17:25
MƏĞRİB [ 3 rükət ]20:23
İŞA [ 4 rükət ]21:56
GECƏYARI00:51
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka