Allah yolunda öldürülənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, (onlar) diridirlər, lakin siz (bunu) ayırd edə bilmirsiniz.
[Bəqərə, 154]
Hər kim İslam dini uğrunda öldürülürsə o şəhiddir.
[Əbu Davud 4772]
Həyatını imanına şahid qılan insan yatağında ölsə belə şəhiddir; Həyatını imanına şahid qılmamışsa cəbhədə vuruşaraq ölməsi onu şəhid etməz.
SƏHHƏT VƏ TƏMİZLİK
[ Oxu! / 4258 dəfə baxılıb ]
|
76. Sağlamlığınıza diqqət yetirin və Allahın sizə bir əmanəti və eləcə də ayələrindən bir ayə olan bədəninizi qoruyun.
77. Bədəniniz sizin miniyinizdir, ona xor baxıb qulluq yolundakı yürüyüşdə taqətdən düşməyin. Unutmayın ki, səhhət hər şeyin başıdır. Səhhət deyilincə ağlınıza yalnız ətin və sümüyün səhhəti gəlməməlidir. Ən azı bunlar qədər, hətta bunlardan daha əhəmiyyətli olan isə ağlın və ruhun səhhətidir. Bu ikisinin səhhətinə maksimum diqqət göstərin. Ağıl və qəlbin də xəstəlikləri var. Əlbəttə, onların hər ikisinin özünəməxsus müalicə üsulları və dərmanları var. Mənfi və faydasız elmlər təfəkkür virusu, hər cür günah və qadağan duyğular isə qəlb virusudur. Ağlın qidası elm və təfəkkür, qəlbin qidası iman və təzəkkürdür [1].
78. Təmiz və nizamlı olun. Unutmayın ki, təmizlik imandandır. Evinizdə, iş yerinizdə, bədəninizdə, ağlınızda, qəlbinizdə, ağzınızda, qidalarınızda təmizliyə diqqət edin ki, insanlar sizdən iyrənməsin.
79. Təmizlik gözəlliyin ayrılmaz bir parçasıdır. Müsəlman isə gözəlliyin hər növünün insanlar arasındakı təmsilçisidir.
80. Hadəsdən [2] və nəcasətdən təharəti ənənəvi elmi-hallarda olduğu kimi sadəcə bir sahəyə həbs etməyin. Xoş olmayan və insanı rahatsız edən qoxulardan təmizlənməyi də nəcasətdən təharət hesab edin. Hətta duyğu və düşüncə nəcasətlərindən də təmizlənin. Əlbisəniz və səccadəniz təmiz olduğu halda hələ də huşu ilə namaz qılmağın həsrətini çəkirsinizsə bunun səbəbinin duyğu və düşüncə nəcasətindən təmizlənməməyinizdə axtarın.
81. Təmizliyin xarici tərəfinə dini ədəbiyyatda "təharət", daxili tərəfinə isə "təzkiyə" [3] deyilir. Təmizliyi sadəcə xarici, ya da sadəcə daxili sahədə bir tərəfli olaraq icra edənlər həqiqi təmizliyə çata bilməzlər. İstinca, istibra, [4] dəstəmaz, qüsl, misvaq, gözəl qoxu, saça qulluq, dırnaq kəsmək, gərəksiz tüklərdən təmizlənmə, sünnət olmaq, yemək yeməzdən əvvəl əlləri yumaq, bütün bunlar fitrətin tələb etdiyi təmizliyə çatmaq üçün "dini" bir məzmun qazandırılan təmizlik ünsürləridir.
82. Bir cəmiyyətin sənayesinin inkişafında elektrikdən istifadə nədirsə, ictimai təmizliyin ölçüsündə təmizlik üçün sudan istifadə etmək də odur. Məhz Həzrəti Nəbi dünyanın ən az su istifadə edən qövmünü təmizlik məqsədi ilə dünyanın ən çox su istifadə edən qövmü halına gətirərək ictimai və mədəni bir inqilaba imzasını atmışdır.
83. "Dəstəmaz möminin silahıdır." Sizi addım-addım təqib edən "acıq-aşkar bir düşmən"in varlığında silahsız gəzməyin. Bunu xarakterinizin bir parçasına çevirin. Dəstəmazlı gəzmənin ruhunuz üzərindəki müsbət və rahatladıcı təsirini o dəqiqə hiss edəcəksiniz. Sizi yersiz təşvişdən, lazımsız qorxulardan, angoisse [5] və ruh düşkünlüyündən, gündəlik təlaş və boş iztirabların stressindən uzaqlaşdırdığına şahid olacaqsınız.
84. Su və torpaq insanın əsas xəzinəsidir. İnsanla torpağın, insanla suyun, xülasə insanla təbiətin əsas elementlərinin sıx-sıx görüşməsini təmin edən fitrət dini "İslam"ın hər əmrində hələ də aça bilmədiyimiz bir çox gizli sirlərin olduğunu unutmayın.
[1](Ər) Xatırlama, bir mövzunu müzakirə etmə [2](Ər) Namaz üçün lazımlı olan hazırlıq, təmizlik [3]Nəfsin arınması, təmizlənməsi [4]İstinca və istibra - idrardan sonra üzvü təmizləmə [5](Fr) Həyacan, sıxıntı, təşviş, əndişə, vahimə
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.