Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Allah yolunda öldürülənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, (onlar) diridirlər, lakin siz (bunu) ayırd edə bilmirsiniz.

[Bəqərə, 154]


Hər kim İslam dini uğrunda öldürülürsə o şəhiddir.

[Əbu Davud 4772]


Həyatını imanına şahid qılan insan yatağında ölsə belə şəhiddir;
Həyatını imanına şahid qılmamışsa cəbhədə vuruşaraq ölməsi onu şəhid etməz.

PEYĞƏMBƏRLİK ÇEŞMƏSİNDƏN İNCİLƏR

[ Oxu! / 1139 dəfə baxılıb ]   
|
 
Allahın elçisi [Ona Allahın xeyir-duası və salamı olsun!] deyib:

♦ “İxtilafa düşməyin! Sizdən əvvəlkilər ixtilafa vardılar və məhv oldular”.

♦ “Məndən sonra, bir-birinin boynunu vuran kafirlər kimi olmayın!”

♦ Müsəlman müsəlmanın qardaşıdır; onu köməksiz qoymamalı, təhqir də etməməlidir... Müsəlmana öz müsəlman qardaşını təhqir etmək şər olaraq kifayətdir”.

♦ “Bir-birinizə nifrət və zülm etməyin! Bir-birinizin qüsurunu ortaya çıxarmayın, paxıllığını da çəkməyin! Allahın, bir-birinə qardaş qullarından olun! Qardaşından üç gündən artıq ayrı qalmaq müsəlmana haramdır!

♦ “Müsəlmanlar bərabərhüquqludurlar. Himayələri altna hamı can atar. Onlar digər insanların üzərində himayədar əl kimidirlər”.

♦ “Sizə əvvəlki millətlərin xəstəliyi sirayət etmişdir. Bu, paxıllıq və nifrətdir. Paxıllıq və nifrət isə qırxıcı alət kimidir: saçı deyil, dini “qırxar””.


Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:28
GÜNƏŞ07:03
ZÖHR [ 4 rükət ]13:42
ƏSR [ 4 rükət ]17:25
MƏĞRİB [ 3 rükət ]20:20
İŞA [ 4 rükət ]21:51
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka