Allah yolunda öldürülənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, (onlar) diridirlər, lakin siz (bunu) ayırd edə bilmirsiniz.
[Bəqərə, 154]
Hər kim İslam dini uğrunda öldürülürsə o şəhiddir.
[Əbu Davud 4772]
Həyatını imanına şahid qılan insan yatağında ölsə belə şəhiddir; Həyatını imanına şahid qılmamışsa cəbhədə vuruşaraq ölməsi onu şəhid etməz.
Tərcüməçinin ön sözü
[ Oxu! / 1221 dəfə baxılıb ]
|
Mərhrmətli və Rəhimli Allahın adı ilə
Əziz oxucu! Təqdim olunan bu kitab XX əsrin böyük alimi, görkəmli mütəfəkkir, islama mötədil baxış mötədillik cərəyanının banisi Şeyx Yusif əl-Qərdavinin son illərdə qələmə aldığı qiymətli əsərlərindəndir. Əsərin dəyəri və əhəmiyyəti onun aktuallığı prizmasında daha da artır. Çünki fərqli məzhəblərin nümayəndələrini qardaşlıq dəyərləri ətrafnda birləşdirib onlara vəhdət ruhunu aşılamaq islama qarşı qaragüruhçu qüvvələrin get-gedə artan məkrli planları fonunda olduqca mühüm əhəmiyyətə malikdir. Müəllifin özü də qeyd edir ki: Biz hal-hazırkı dövrdə çətin imtahanlara, ağır bəlalara tuş gəlmişik.
Xüsusilə də məlum 11 Sentyabr hadisələrindən sonra İslam dünyasının hər bir nöqtəsində vəziyyət dəyişib; Şərqdə də, Qərbdə də müsəlmanların başı böyük dərdə girib və ciddi təhlükə başlarının üstünü alıb. Bu da öz növbəsində sıravisindən, alimindən, dəvətçisindən, mütəfəkkirindən... tutmuş bütün müsəlmanlara diktə edir ki, aralarındakı çəkişmələri, qovğaları bir kənara buraxsınlar. Diktə edir ki, İslama və onun mənsublarna qarşı aparılan müharibədə eyni cəbhədən çıxış etsinlər. Xüsusilə vurğulamaq lazımdır ki, məzhəb ixtilaflarının islam ümmətinə vurduğu zərər xarici düşmənlərin şərindən qat-qat çox olmuşdur. Keçən iki əsr ərzində məkrli düşmənlərin yürütdükləri parçala və hökm sür siyasəti, çox təəssüf ki, İslam dünyasnda öz bəhrəsini verib; müsəlmanlarn plüralizmə, məzhəb fərqlərinə münasibəti dözülməz səviyyəyə çatmış, əməli müstəviyə adlamışdır. Beləliklə, daxili çəkişmələr imkan vermişdir ki, xarici qüvvələr Müsəlman dünyasrna bütün sahələr üzrə hakim kəsilsinlər.
Tarixin bu ac mənzərəsi indi də təkrarlanır. Son onillik ərzində İraqda və Yəməndəki hadisələr göstərdi ki, müsəlmanlar məzhəb fərqlərini kənara atıb bir yumruq halında birləşmədikcə daima işğala məruz qalacaq, yadellilər qarşısnda əhəmiyyətsiz kütləyə çevriləcəklər.
Respublikamız da tarixən məzhəb müxtəlifliyindən kənarda qalmayıb. Ölkəmizdə əsas iki məzhəbin sünnilik və şiəliyin nümayəndələri yaşayırlar. Sevindirici haldır ki, indiyədək vətənimizdə sünnilərlə şiələrin arasnda heç bir əməli çəkişmə faktna rast gəlinməyib. Ancaq müstəqillikdən sonra respublika müsəlmanları arasnda məzhəb fərqlərindən sui-istifadə edənlər tapıldı. Məzhəb təəssübkeşliyini qızışdıran, qarşı tərəfə dözümsüzlük ruhunu aşılayan bəzi kitablar çap olundu, internet saytları yaradıldı. Düzdür, ölkədə məzhəb müxtəlifliyinə xoşagəlməz nəticələr xarakterik deyil. Bunun üçün həm əlaqədar dövlət orqanlarna, həm də düşüncəli, uzaqgörən din adamlarna minnətdarıq. Buna rəğmən, məzhəb plüralizminin əməli müstəviyə keçmə təhlükəsinin qarşısını almaq üçün çox işlər görülməlidir. Düşünürük ki, sizlərə təqdim etdiyimiz kitab bu istiqamətdə atılmış əhəmiyyətli addrmdrr. Kitabla tanış olanlar başa düşəcəklər ki, məzhəb təəssübkeşliyi ümmətə müsəllət olmuş qara bir bəladır. Müəllif kitabda bu qara bəlanın aradan qaldırılması yollarını praktik misallarla əyani şəkildə bizlərə çatdırır. Bu yollarrn nədən ibarət olmasını isə möhtərəm oxucu kitabı mütaliə etdikdən sonra biləcəkdir.
Kitab bir-biri ilə çəkişən müsəlmanlara qarşılıqlı hörmət və dözümlülük ruhunun əhəmiyyətini başa salacaqdır. Ümidvarıq ki, oxucular dualarrnda kitabın müəllifini və onun tərcüməsini ərsəyə gətirənləri unutmayacaqlar.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.